İT sektoru: Əməyin ən yüksək qiymətləndirildiyi sahə

İT sektoru: Əməyin ən yüksək qiymətləndirildiyi sahə

Azərbaycanda informasiya texnologiyaları sahəsində həm tələbat, həm də əməkhaqqı artmaqdadır. Lakin bu sahədə ciddi kadr problemi yaşanır. Peşəkarlar isə xarici ölkələrə üz tuturlar.

Hazırda istər ölkəmizdə, istərsə də dünyada informasiya texnologiyaları (İT) sahəsi əməyin ən yüksək qiymətləndirildiyi istiqamətdir. Burada daim yaxşı bacarıqları olan peşəkarlara tələbat var. Hətta hansı ölkədə yaşamasından asılı olmayaraq, onlayn şəkildə işləyib daha çox gəlir əldə etmək imkanına sahibdirlər.

Təsadüfi deyil ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq əməkhaqqı 12%-ə yaxın artıb, 1 671,4 manat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, dövlət sektorunda bu göstərici 1 473,5 manat, özəl sektorda isə 1 813 manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə İKT sektorunda orta aylıq nominal əməkhaqqı 11,8%, o cümlədən dövlət sektorunda 15,2%, özəl sektorunda isə 9,4% artıb. Azərbaycanda İKT sektorunda muzdla çalışan işçilərin sayı oktyabrın 1-nə 34,1 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 4,3% çoxdur. Əslində bu sahədə təklif olunan əmək haqları rəsmi statistikada göstəriləndən də çoxdur. 

Maraqlıdır, tələbatın bu qədər çox olduğu və əməyin qiymətləndirildiyi sahə üçün lazımi qədər kadr yetişdirə bilirikmi? 

Mütəxəssislərin sayı nəzərəçarpacaq dərəcədə artıb

İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, son illər ölkədə tətbiq olunan proqramlar nəticəsində İT mütəxəssislərinin sayı nəzərəçarpacaq dərəcədə artıb: “Bu proqramlar çərçivəsində bu peşəyə ilk addım atanlar yeni biliklərə yiyələnib öz fəaliyyətlərinə başlayırlar. Lakin bu, yalnız ilk addımdır. Məlum istiqamətdə fəaliyyətlər yeni mərhələyə keçməlidir. Bu sahə üç səviyyəyə bölünür: ilkin bacarıqları olanlar, orta səviyyəli mütəxəssislər və peşəkarlar. İlkin mərhələdən digər səviyyələrə keçiddə axsamalar var. Xaricə gedən axın da əsasən, orta səviyyəlilər və peşəkarlardır. Onlar Azərbaycan bazarından daha yüksək gəlir və maliyyə təklif edən işlərə yönəlirlər. Ölkə daxilində olan peşəkarların da əksəriyyəti fiziki şəxs kimi fəaliyyət göstərərək xarici şirkətlər üçün işləyirlər”.

Bazara lazım olan mütəxəssis yetişdirə bilmirlər

Mütəxəssis deyir ki, bu gün bazarda peşəkar mütəxəssislərin sayını artırmaq üçün təhsil sistemində dəyişiklik vacibdir: “Şirkətlərə daha çox peşəkar mütəxəssis lazımdır. Bunun üçün hər hansı dövlət proqramı olmalı, kiçik mütəxəssislərin peşəkarlaşması üzərində çalışılmalıdır. Ən əsas məsələ isə Azərbaycanın ali təhsil sistemində tədris proqramları dəyişdirilməlidir. Amma yeni proqramlar yazılsa belə, tədris edənlərin əksəriyyəti o təcrübədən heç vaxt istifadə etməyənlərdir. Onlar bazara lazım olan mütəxəssis yetişdirə bilmirlər”. 

Məzunlarımız təhsilini bitirir, amma...

F.Kazımovun sözlərinə görə, Azərbaycanda hazırda mühəndis bacarıqları olan İT mütəxəssis yetişdirmək məsələsində ciddi problemlər var. Yəni, proqram, kod yazmağı öyrətmək problem deyil, onları kursda 7-8 aya öyrətmək mümkündür. Amma mühəndis bacarıqları olan mütəxəssisi yalnız ali təhsil səviyyəsində yetişdirmək olur: “Bunun üçün proqramlar təkmilləşdirilməli, bazar daxilində bu dərsləri verə biləcək peşəkar mütəxəssislər stiumullaşdırılmalıdır. Ali təhsil müəssisələrimiz ildə yüzlərlə orta səviyyəli mühəndislər buraxsa, kadr problemimiz olmaz. Amma bizim məzunlarımız təhsilini bitirir, yenə də bu sahəni kurslara öyrənməyə gedirlər. Ali təhsilli mütəxəssisin kursa ehtiyacı olmamalıdır”. 

Köhnə biliklərdən azad olmalıyıq

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov deyir ki, İKT sahəsində daha çox kadr yetişdirmək və mütəxəssislərin xaricə axınının qarşısını almaq üçün ölkəmizdə öncə münbit mühit yaranmalı, qanunvercilik təkmilləşdirilməli və ümumi təhsilin keyfiyyəti artırılmalıdır: “Daha çox kadr yetişdirmək üçün təhsil və təlim proqramları yeni çağırışlara cavab verməlidir. Köhnə və yük olan biliklərdən azad olmalıyıq. Universitetlərdə İKT üzrə ixtisaslar artırılmalı və müasir texnologiyalarla təchiz olunmuş laboratoriyalar yaradılmalıdır”.

Mütəxəssis deyir ki, İKT şirkətləri universitetlərlə əməkdaşlıq edərək təcrübə proqramları təşkil etməlidir: “Şirkətlərdə mentorluq proqramları mədəniyyəti olmalıdır. Təcrübəli mütəxəssislər yeni başlayanlara mentorluq etməlidirlər. İnnovasiya və startap ekosistemi inkişafı etməli, maliyyə dəstəyi olmalıdır”. 

Ekosistem qurulmalıdır

Peşəkar mütəxəssislərin xaricə axınının qarşısını almaq məsələsinə gəldikdə isə, AİKTSA sədri vurğulayır ki, xarici təcrübə önəmlidir: “Gedənlərin böyük qismi geri dönür və öyrəndiyi bilikləri ölkəmizə qazandırır. İKT bazarını rəqabətli əməkhaqqı və şərtlər formalaşdırmalıdır. Yerli şirkətlərdə rəqabətli əməkhaqqı, iş şəraiti, tələb və təklif tarazlanarsa, xaricə gedən, orada təcrübə qazanmış mütəxəssislər bir müddət sonra geri qayıdıb təcrübələrini ölkəmizdə istifadə edəcəkdir. Mütəxəssislərə karyera inkişafı və yüksəlmə imkanlarının yaradılması üçün ekosistem qurulmalıdır”.

Təcrübə real iş mühitində əldə olunur

İT mütəxəssisi Vahid Qasımov deyir ki, bu sahədə kadr hazırlığı hazırda ölkədə ən yaxşılardandır: “İnsanlar İT sahəsində iş imkanlarının yaxşı olduğunu nəzərə alaraq bu sahəyə yönəlib. Daha çox insan universitetdə İT ixtisaslarını seçirlər. Hətta bəziləri ixtisaslarını dəyişib İT sahəsinə gəlirlər. Bunu qarşılamaq üçün də hazırda çoxlu kurslar və akademiyalar açılıb. Azərbaycanın hazırda əsas ehtiyacı olan mütəxəssislər yüksək səviyyəli və bacarıqlı kadrlardır. Bunu isə nə peşə təhsili, nə ali təhsil müəssisəsi hazırlaya bilər. Təcrübə ancaq və ancaq real iş mühitində illər boyu çalışmaqla əldə olunur. Azərbaycanda bu cür imkanlar çatmır. Buna görə də çoxlu sayda İT üzrə peşə təhsili almış kadrlar təcrübə və iş yerləri tapmaqda çətinlik çəkirlər. Peşəkar İT mütəxəssislərə ehtiyacı olan müəssisələr də təcrübəli kadr tapmaqda çətinlik çəkirlər. Nisbətən yüksək maaş alan və tələbatı olan yüksək səviyyəli kadrlar isə inkişaf və yüksəlmə problemlərini yaşayırlar. Çünki milli müəssisələr təcrübəli mütəxəssisə daha maraqlı layihə, daha yaxşı iş və yaşam səviyyəsi, daha yuxarı vəzifə təklif etməkdə çətinlik çəkirlər. Bu da, öz növbəsində, təcrübəli İT kadrlarının xaricə köçməsinə səbəb olur. İT sektorunda bazarın əsas problemi maaş və yeni kadrlardır”.

Mənbə: Kaspi.az

Xəbər xətti

"Qarşımıza çıxan hər kəsi MƏĞLUB EDƏCƏYİK!" BAŞ MƏŞQÇİDƏN İDDİALI AÇIQLAMA
01:19
Xarq adası yaxınlığında PARTLAYIŞ BAŞ VERİB
01:14
İsrail Qəzzada əməliyyat keçirdi: HƏMAS komandirinin öldürüldüyü bildirilir
01:07
Fransadan sərt mesaj: İsrail rəsmilərinə qarşı məhdudiyyətlər
00:42
Səkkizinci mərtəbədən yığıldı, beşinci mərtəbədə SAĞ QALDI
00:27
Lənkəranda MÜƏMMALI QƏZA: sürücünün qəzadan əvvəl öldüyü ehtimal edilir-FOTOLAR
00:22
07.06.2026
Sirkə turşusu daha bir can aldı
23:45
Livan ordusunun komandanı Pakistana gedib
23:38
Əşrəf Veysəlli ilə vida mərasimi keçirilib - FOTOLAR
23:20
Aziz Yıldırım: "“Fənərbaxça"nın ala bilməyəcəyi futbolçu yoxdur""
22:39
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi rəqibinə uduzub
22:24
Ərdoğan: "Kərkükün rifahı İraqın gələcəyi üçün böyük əhəmiyyət daşıyır"
21:45
Zığda baş vermiş kütləvi dava ilə bağlı YENİ MƏLUMAT
21:25
Pakistan rəsmisi Tehranda səfərdədir
20:55
Azərbaycanın U-21 millisi rəqibini məğlub edib
20:35
Aeroport yolunda piyadanı maşın vurub öldürdü
19:40
Gəmidə xəsarət alan azərbaycanlılarla bağlı RƏSMİ MƏLUMAT - YENİLƏNİB
19:11
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
18:11
Torpaq uçqunu - Avtomobil yolunda çətinliklər yarandı
17:40
Sarayda müəllim şagirdi vurub? - Açıqlama
17:20
Hava dəyişdi: Yağış, şimşək...
16:29
Pakistan rəsmisi bu gün İrana səfər edəcək
16:10
Ermənistanda seçkilərə saniyələr qalıb: NƏLƏR OLACAQ?
15:48
Ermənistan üçün HƏLLEDİCİ GÜN: Paşinyan sınaqla üz-üzə
15:28
Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə həlak oldu
14:49
Klassik və sürət avtomobilləri Bakı bulvarında - FOTOLAR
14:22
Binədə mağaza belə yandı - VİDEO
14:00
Bakı və Abşeronda yağıntının miqdarı açıqlandı
13:50
ABŞ-İran danışıqlarında YENİ MƏRHƏLƏ
13:44
Ukrayna Rusiyadan sülh istədi: RAZILAŞMA NƏ VAXTDIR?
13:40
Trampın sağlamlığı ilə bağlı yeni məlumatlar yayıldı
13:23
Yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək - SAHABIN HAVASI
13:16
Finlandiyadakı sualtı araşdırmalarla bağlı yeni detallar
12:43
Ermənistanda seçkiqabağı mitinq: Paşinyan vəd verdi
12:33
Əraqçi Livan Prezidentinə cavab verdi
12:23
Peskov ABŞ-nin vasitəçiliyindən danışıb
12:05
Ukrayna gecə hücumuna məruz qalıb
11:59
Pensiyalarla bağlı ŞAD XƏBƏR
11:55
Paytaxtda 10 silah aşkarlanaraq götürüldü
11:36
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi
11:22
"Ermənistan" bloku seçki saxtakarlığında ittiham olunur
11:16
Yer kürəsində maqnit fırtınası başa çatdı
10:58
Bakıda bu ərazilərdə söküntü aparılacaq
10:34
Azərbaycan XİN İsveçi təbrik etdi
10:24
Azərbaycan neftinin qiyməti ucuzlaşdı
10:19
İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanıldı
10:04
Dünya bazarlarında neft ucuzlaşıb
10:00
Livana hücumlarda 21 nəfər öldü
07:58
Kuril adalarında GÜCLÜ ZƏLZƏLƏ BAŞ VERİB
07:51
Alimlər şoka düşdü: Qaranlıqda parlayan mavi hörümçək aşkarlandı
07:42
Həcc ziyarətindəki zəvvarlar Azərbaycana yola düşüb
07:32
Ürəyinizi qorumaq istəyirsinizsə, BU QİDANI rasionunuza əlavə edin- QİDA MÜTƏXƏSSİSİNDƏN AÇIQLAMA
07:16
Dünyanın ən uzun yolu OLSA DA, amma heç YERƏ GEDƏ BİLMİRSƏN-FOTOLAR
07:10
CNN: ABŞ hərbçiləri Hörmüz boğazı istiqamətində buraxılan İran PUA-larını vurub
03:54
Səhrada faciə: Xarab olan yük maşını 50 nəfərin həyatına son qoydu
03:50
Alla Puqaçova məhkəmədə qalib gəldi
03:01
KİV: İran ABŞ Hərbi Hava Qüvvələrinin Qətərdəki mərkəzini sıradan çıxarıb
02:55
Norveçin gələcək kraliçası donor orqanı gözləyir – vəziyyəti kritikdir
02:39
Tramp NƏHAYƏT BUNU EDİR: "İrandan ÇIXMALIYIQ..."
02:18
Putindən İranla BAĞLI AÇIQLAMA: "İRAN RUSİYADAN..."
01:52
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR