Ağstafa su kanalının Tovuz rayonu, Düz Cırdaxan kəndi ərazisindən keçən hissəsində kişi batıb.
EDnews xəbər verir ki, kanalın "Məhsul" arena yaxınlığından keçən hissəsindən Dəmirov Sərxan Qüdrət oğlunun meyiti aşkar edilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.








