ABŞ Prezidenti Donald Tramp ABŞ və İran arasında əldə olunan anlaşma memorandumunun çap olunmuş nüsxəsini Fransada Versal Sarayında keçirilən rəsmi şam yeməyi zamanı imzalayıb.
EDnews xəbər verir ki, bunu CNN-ə ABŞ rəsmisi deyib.
Məlumata görə, Tramp sənədin kağız nüsxəsini rəsmi şəkildə imzalasa da, o və ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens bu həftənin əvvəlində anlaşma memorandumunu artıq virtual formatda təsdiqləmişdilər.
Administrasiyanın başqa yüksəkvəzifəli rəsmisinin sözlərinə görə, İran tərəfdən sənəd bu həftənin əvvəlində İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf tərəfindən rəqəmsal formatda imzalanıb.
ABŞ rəsmisi əlavə edib ki, Vensin iştirakı ilə rəsmi imzalanma mərasiminin cümə günü keçirilməsi planlaşdırılır.








