Türkiyənin Qaziantep vilayətinin Nurdağı rayonunda 4,6 maqnitudada zəlzələ olub.
Bu barədə EDnews yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.
Təbiət hadisəsi Qaziantep, Qəhrəmanmaraş, Kilis, Osmaniyyə və Hatay vilayətlərində hiss olunub.
Hələlik hər hansı dağıntı və ya tələfat barədə məlumat yoxdur.







