Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı son 24 saat ərzində üç nəfər artaraq 139-a çatıb.
EDnews-un xəbərinə görə, bu barədə Konqonun Rabitə və Media ilə İş üzrə Nazirliyi gündəlik bülletenində məlumat verib.
Məlumata görə, təsdiqlənmiş yoluxma hallarının sayı 689-a çatıb ki, bu da əvvəlki gündən 13 nəfər çoxdur.
Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktika mərkəzləri təmasların izlənməsi nisbəti ilə bağlı narahatlıqlarını bildiriblər. Rəsmi məlumatlara görə, bu, 61 %-dir, lakin mütəxəssislər infeksiyanın yayılmasının qarşısını almaq üçün 95 %-ə çatmağın lazım olduğunu düşünürlər.
Hazırkı epidemiya Konqo Demokratik Respublikasının şərqində mayın 15-də başlayıb. Xəstəliyin episentri İturi əyalətindədir.







