Bu gün DÇ-2026-da daha iki oyun baş tutacaq.
EDnews xəbər verir ki, əvvəlcə D qrupunda ABŞ doğma meydanda Paraqvayı qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.
Digər görüş isə B qrupunda olacaq. Burada isə Qətər ilə İsveçrə yığmaları üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.







