İyunun 10-da Binəqədi rayonunda bədbəxt hadisə baş verib.
EDnews-un verdiyi məlumata görə, "Spring" hoteldə 11-ci sinif şagirdi həyatını itirib.
Ərazidə çalışan şəxsin verdiyi məlumata görə, 11-ci sinif şagirdi iki dostu ilə hotelin ərazisindəki akvaparka istirahətə gəlib. Lakin bir müddət sonra həmin şəxsin qəfil halı pisləşib. Əraziyə təcili yardım çağırılmasına baxmayaraq, 11-ci sinif şagirdi Elvin Aslanlı həyatını itirib.







