ABŞ ilə ilkin anlaşma memorandumunun müddəalarının pozulması nüvə proqramı da daxil olmaqla yekun razılaşmanın iflasına səbəb olacaq.
EDnews-un məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
"Əgər anlaşma memorandumunun müddəaları yerinə yetirilməsə, yekun razılaşma üzrə danışıqlar aparılmayacaq", - o, dövlət televiziyasının efirində deyib.
Əraqçi danışıqlar prosesinin iki mərhələyə bölünəcəyini təsdiqləyib. Onun sözlərinə görə, İranın nüvə proqramı və sanksiyaların ləğvi məsələləri memorandumun imzalanmasından sonrakı 60 gün ərzində başlaması planlaşdırılan ikinci mərhələdə müzakirə olunacaq.







