İngiltərə və Argentina arasında keçiriləcək futbol üzrə Dünya Kubokunun yarımfinal matçı ilə əlaqədar Atlantada təhlükəsizlik tədbirləri gücləndirilib.
EDnews "BBC"ə əsasən xəbər verir ki, Atlanta Polisi oyun ərəfəsində şəhər üzrə əlavə əməkdaş və resursların səfərbər edildiyini açıqlayıb.
Tədbir məkanları, əyləncə rayonları və insanların sıx toplaşdığı ərazilərdə nəzarət artırılacaq.
Rəsmilər iki ölkə arasında Folklend adaları ilə bağlı tarixi gərginliyin mövcudluğunu da nəzərə alırlar. Argentina müharibə veteranları federasiyası isə azarkeşləri siyasi məsələləri futboldan ayırmağa çağırıb.
İngiltərə millisinin qapıçısı Cordan Pikford qarşılaşmanı “sadəcə futbol oyunu” adlandıraraq meydanda əsas sözün futbol tərəfindən deyiləcəyini bildirib.
Qeyd edək ki, İngiltərə və Argentina Dünya Kubokunda 24 ildən sonra ilk dəfə qarşılaşacaq. İngiltərə 1966-cı ildən sonra ilk dəfə finala yüksəlməyə çalışacaq.

.jpg)





