2026-cı il FIFA Dünya Kubokunda ilk finalçı bu gecə müəyyənləşəcək.
EDnews xəbər verir ki, yarımfinal mərhələsində Fransa və İspaniya milli komandaları qarşılaşacaqlar.
Dallas stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Fransa mundialda ardıcıl üçüncü dəfə yarımfinala yüksəlib. İspaniya isə turnirdə 36 oyunluq məğlubiyyətsizlik seriyasını davam etdirir.
Komandalar arasında keçirilən son iki qarşılaşmada İspaniya qalib gəlib. Ümumilikdə tərəflər 38 rəsmi matçda üz-üzə gəliblər. İspaniya 18, Fransa isə 13 qələbə qazanıb.
Fransa millisinin hücumçusu Kilian Mbappe turnirdə 8 qol vurub. İspaniyanın gənc ulduzu Lamin Yamal isə milli komandada Fransaya qarşı keçirdiyi oyunlarda 3 dəfə fərqlənib.

.jpg)





