Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
EDnews xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
4. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
6. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
8. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;
10. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
11. Koroğlu Rəhimov küçəsi, akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
12. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
13. Heydər Əliyev prospekti, köməkçi yol, metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq müşahidə olunur.







