Geniş auditoriyası olan hər kəsin belə tədbirlərə dəvət olunması... - Səma Abıyeva IV Şuşa Qlobal Media Forumu barədə

Geniş auditoriyası olan hər kəsin belə tədbirlərə dəvət olunması... <span class="text-danger">- Səma Abıyeva IV Şuşa Qlobal Media Forumu barədə</span>

IV Şuşa Qlobal Media Forumuna jurnalistlərlə yanaşı blogerlərin dəvət olunması ictimai müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı tanınmış bloger Səma Abiyeva EDnews-a danışıb.

O bildirib ki, bu yanaşmanın əsas səbəbi auditoriyanın sosial media məzmununa daha çox etibar etməsidir.

Səma Abıyevanın sözlərinə görə, izləyicilər blogerlərin paylaşdıqları görüntüləri həyatın içindən, daha təbii və səmimi hesab edirlər:

“Jurnalist hadisəni çəkir, montaj edir, üzərində işləyir və nəticədə emal olunmuş bir məhsul təqdim edir. Auditoriya bunu ənənəvi media kimi qəbul edir və düşünür ki, burada müəyyən redaktə, filtr və məhdudiyyətlər var. Bloger isə anlıq paylaşım etdiyi üçün insanlar onun göstərdiklərini daha real hesab edirlər”.

Səma Abiyeva qeyd edib ki, bu görüntü hər zaman həqiqəti əks etdirmir. Onun fikrincə, blogerlərin də paylaşdıqları məzmun əvvəlcədən yoxlanılır və təsdiqlənir:

“İlk baxışdan elə görünür ki, bloger hər şeyi olduğu kimi paylaşır. Halbuki onların da hazırladığı məzmun müəyyən mərhələlərdən keçir. Sadəcə tamaşaçı bunu hiss etmir”.

Bloger hesab edir ki, Azərbaycanda geniş auditoriyası olan hər kəsin belə tədbirlərə dəvət olunması peşəkarlıq meyarı kimi qəbul edilməməlidir:

“Bəzən böyük izləyici kütləsinə malik olmaq kompetensiyalı olmaq demək deyil. Elə blogerlər var ki, danışdıqları mövzu haqqında kifayət qədər bilik və təcrübəyə malik deyillər. Onlar çox vaxt hazır verilən məlumatları sadəcə səsləndirirlər”.

Səma Abiyeva vurğulayıb ki, məzmun istehsalçısının əsas üstünlüyü izləyici sayı deyil, yaratdığı dəyər olmalıdır:

“Fast-food məzmun istehsal edən insanlar da böyük auditoriya toplaya bilir. Amma bu, onların cəmiyyət üçün dəyər yaratdığı anlamına gəlmir. Əsas məsələ insanlara fikir, analiz və fayda təqdim etməkdir”.

O, jurnalistika məktəbindən gəldiyini və bu gün də eyni peşə prinsiplərinə sadiq qaldığını bildirib:

“Mən jurnalistikadan blogerliyə gəlmişəm. Sadəcə platforma dəyişib. Əvvəl radioda danışırdım, sonra "YouTube"da, indi isə sosial şəbəkələrdə. Amma yanaşmam, məsuliyyətim və peşə prinsiplərim dəyişməyib”.

Səma Abiyevanın sözlərinə görə, sosial mediaya yalnız gəlir əldə etmək məqsədilə gələnlərin yaratdığı məzmun uzunömürlü olmur:

“Kiminsə pul qazandığını görüb bu sahəyə gələnlərlə, insanlara dəyər vermək üçün məzmun yaradanlar arasında böyük fərq var. Əvvəl dəyər yaratmaq lazımdır, qazanc isə sonradan gəlir”.

O əlavə edib ki, istənilən sahədə qeyri-obyektiv seçimlər və ədalətsizliklər ola bilər. Lakin əsas məsələ insanın öz işinə və peşəkarlığına sadiq qalmasıdır:

“Ədalətsizliklər həmişə olacaq. Vacib olan odur ki, insan bunlara görə yolundan dönməsin, öz işini keyfiyyətlə davam etdirsin”.

Xəbər xətti

Odessa sahillərində Azərbaycan vətəndaşlarının olduğu gəmi dron hücumuna məruz qalıb
00:02
15.07.2026
Türkiyədən Husilərin Səudiyyə Ərəbistanına raket hücumuna REAKSİYA
23:52
Bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq
23:22
Fransa İspaniyaya qarşı - CANLI - YENİLƏNİR
23:11
İraqın Baş nazirindən PROQNOZ: "ONLAR TƏRKSİLAH OLUNACAQ"
23:02
Kahramanmaraşda yenidən ZƏLZƏLƏ OLDU
22:53
"m10" istifadəçilərinin DİQQƏTİNƏ - QEYRİ-AKTİV HESABLARDAN PUL ÇIXILACAQ
22:33
İranın Keşm adasında partlayışlar baş verib
22:23
Slovakiya Prezidenti Füzuli aeroportundan Bakı şəhərinə yola düşüb - FOTOLAR
22:13
Ucardan Qazaxıstana gedirdi - ÖLDÜ
21:55
Tramp: ABŞ hərbçilərinin İraqda yerləşdirilməsinə artıq ehtiyac yoxdur
21:45
“Sabah” TNS-ə qarşı - Start heyətlər
21:22
Trampdan Hörmüz boğazı ilə bağlı DAHA BİR AÇIQLAMA
21:01
İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO
20:48
Dünya okeanlarında REKORD İSTİLİK
20:46
Prezidentin sosial media hesablarında Peter Pelleqrini ilə Şuşa görüşündən daha bir video paylaşılıb
20:26
Bakıda daha iki küçədə hərəkət məhdudlaşdırılacaq
20:08
Virtual qumar toru genişlənir: Yeni cəzalar problemi həll edəcəkmi?
20:00
22 yaşlı Rəşad müharibədə həlak oldu
19:52
Bakıda daha üç ünvanda yol təmiri başa çatıb
19:44
Xaricdə təhsil adı ilə dələduzluq edib Monteneqroya qaçdı - Azərbaycana qaytarılır
19:36
Dünya üçün fəlakət tarixi açıqlandı: Okeanlar buxarlanacaq
19:21
Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələri müzakirə olunub
19:15
Rusiyanın postsovet məkanındakı siyasətinə ŞUŞADAN MESAJ!
19:00
Gəncədə yas mərasimində zəhərlənmə - 6 nəfər xəstəxanalıq oldu
18:51
Netanyahu İranı hücum edəcəkləri təqdirdə, “daha güclü” cavab veriləcəyi ilə hədələyib
18:42
Niyə fikrimizi toplamaq çətinləşir?
18:30
Hakan Fidan BMT Baş katibi ilə regional məsələləri müzakirə edib
18:26
Bakıda sərnişin avtobusları toqquşdu
18:23
İt qumbaranı oyuncaq bilib evə gətirdi - Fotolar
18:11
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur
18:05
Şuşadan dünyaya: "Azərbaycan “orta güc” mərkəzi kimi çıxış edir"
18:00
Azərbaycan beynəlxalq axtarışa verilən Türkmənistan vətəndaşını ekstradisiya edib
17:49
Rusiya Ukraynanın quru yük gəmisi və tankerini VURDU
17:44
Azərbaycan və Slovakiya Anlaşma Memorandumu imzalayıb
17:39
Sabiq icra başçısının həbs müddəti UZADILDI
17:23
Sahibə Qafarova Dohaya gedib - YENİLƏNİB
17:12
Geniş auditoriyası olan hər kəsin belə tədbirlərə dəvət olunması... - Səma Abıyeva IV Şuşa Qlobal Media Forumu barədə
17:00
Bakı–Şamaxı yolundakı çökmə ilə bağlı RƏSMİ AÇIQLAMA
16:55
MİQ üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanıldı
16:47
Zelenskinin ofisinin rəhbəri Sviridenko olacaq
16:15
AQC ilk oxunuşda qəbul olunan qanun layihəsi ilə bağlı təkliflər irəli sürdü
16:07
Qırğızıstan neft və neft məhsullarının ixracını qadağan etdi
15:57
Azərbaycanda daha iki dövlət qurumu LƏĞV EDİLİR
15:33
ICE əməliyyatı faciə ilə bitdi: kolumbiyalı öldürüldü
15:20
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla ÇIXIŞ EDİBLƏR - YENİLƏNDİ
15:09
Avropa Komissiyasının Prezidenti Kiyevə səfər edəcək
15:00
Orta əsrlərin tükənməyə qarşı resepti
14:53
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
14:37
Cənubi Koreya birja möcüzəsi sarsıldı
14:30
Azərbaycan və Slovakiya Prezidentləri Qarabağdan səmimi görüntü paylaşdılar - FOTO
14:20
2026-cı il FIFA Dünya Kubokunda ilk finalçı bu gecə müəyyənləşəcək
14:20
İngiltərə–Argentina yarımfinalı öncəsi təhlükəsizlik həyəcanı
14:15
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar
14:12
"ABŞ və İran arasında qarşıdurma uzunmüddətlidir" – Politoloq
14:10
Yaponiyada niyə qadınların imperator olmasına icazə verilmir?
14:00
Ukrayna Rusiyanın ən iri neft emalı zavodlarına zərbə endirib
13:57
Ərdoğandan 15 İyulun 10-cu ildönümü ilə bağlı MESAJLAR
13:50
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
13:46
SON DƏQİQƏ: Bəndər-Abbasda partlayış səsləri eşidilir
13:42
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR