İraqda hökumətə tabe olmayan silahlı qruplaşmalar sentyabrın 30-dək tərksilah olunacaq.
EDnews xəbər verir ki, bu barədə İraqın Baş naziri Əli əz-Zeydi Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşü zamanı bildirib.
Onun sözlərinə görə, həmin tarixdən sonra ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin ölkəni tərk etməsi gözlənilir.
“Sentyabrın 30-dan sonra İraq ərazisində silahlı qruplaşmaların mövcudluğuna ehtiyac qalmayacaq. Təhlükəsizlik qüvvələrimiz ölkəni müstəqil şəkildə qorumağa qadirdir”, - deyə İraqın Baş naziri bildirib.
Əli əz-Zeydi əlavə edib ki, bəzi silahlı qruplar artıq böyük həcmdə silahı dövlət qurumlarına təhvil veriblər.







