Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 15-də Ukraynanın paytaxtı Kiyevə səfər edəcək.
EDnews xəbər verir ki, bu barədə Brüsseldə Avropa Komissiyasının rəsmi nümayəndəsi Olof Gill məlumat verib.
"Prezident Fon der Lyayen sabah Kiyevdə olacaq. Təhlükəsizlik baxımından hazırda əlavə təfərrüatları təsdiqləyə bilmirik”, - deyə o bildirib.








