Taylandın Sisaket bölgəsində it qumbaranı oyuncaq bilib evə gətirib.
EDnews xəbər verir ki, bu barədə “Mothership” nəşri məlumat yayıb.
Bildirilib ki, itin sahibi xəstəxanadan evə qayıdarkən həyətində paslı, dəyirmi bir əşya tapıb. O, ilk olaraq bunun sümük və ya plastik olduğunu düşünüb, ancaq onu əlinə götürəndə üstündəki fitili görüb.
İtin sahibinin sözlərinə görə, heyvan bütün səhəri qumbaranı çeynəyərək oynayıb.
O, dərhal qumbaranı həyətindən çıxararaq səlahiyyətli şəxslərə xəbər verib.
Əraziyə gələn polis Çin istehsalı olan qumbaranın işlək vəziyyətdə olduğunu müəyyən edib və onu tarlaya apararaq zərərsizləşdirib.







