Fransa millisinin baş məşqçisi Didye Deşam komandasının Avropa çempionlarına qarşı meydanın mərkəzində mübarizə aparmağa tam hazır olduğunu bildirib.
EDnews xəbər verir ki, bu barədə"Al Jazeera" məlumat yayıb.
Ulduz hücumçu Kilian Mbappenin həlledici oyunda iştirak edəcəyini təsdiqləyib.
Fransalı mütəxəssis qarşıdakı oyunda komandasının təşəbbüsü rəqibə vermək niyyətində olmadığını vurğulayıb.
“İspaniya güclü təzyiq yarada bilər, lakin biz də topa sahib olmağı sevən komandayıq. Oyunun idarəçiliyini ələ almaq uğrunda ciddi mübarizə gedəcək”, — deyə Deşam mətbuat konfransında qeyd edib.

.jpg)





