İyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrinə əsasən mandat qazanan sabiq prezident Robert Koçaryanın "Ermənistan" bloku parlamentdə təmsil olunmaq qərarı verib.
EDnews “Armenpress” ə istinadən xəbər verir ki, bu barədə blokun yaydığı bəyanatda bildirilib.
"Mandat silahdır və ondan könüllü imtina etmək dövlətimizə və seçicilərimizə qarşı məsuliyyətsizlik olardı", – bəyanatda vurğulanıb.







