Niderlandda yerləşən bir muzeyin ərgi zalının döşəməsinə təxminən 800 kiloqram fıstıq əzilməsi yayılıb. Bu səbəbdən, allergiyası olan ziyarətçilərə muzeyə daxil olmamaq barədə xəbərdarlıq edilib.
EDnews xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.
Layihə ötən ay vəfat edən niderlandlı konseptual rəssam Vim T. Şippersin xatirəsinə həsr olunub.
Onun məşhur "Pindakaasvloer" ("Fıstıq əzməli döşəmə") əsəri Rotterdamdakı Boijmans Van Beuningen Muzeyinin Depot filialında yenidən yaradılıb.
Məlumata görə, sərginin hazırlanması bir neçə gün davam edib. Layihədə təxminən 15 min sendviç hazırlamağa kifayət edəcək qədər fıstıq əzilməsindən istifadə olunub. Rəssam sağlığında əsərin yenidən qurulması ilə bağlı 20 maddədən ibarət xüsusi təlimat hazırlamış və fıstıq əzilməsinin döşəməyə mümkün qədər hamar şəkildə yayılmasını istəyib.
Muzey rəhbərliyi giriş hissəsində fıstıq allergiyası olan şəxslərin sərgiyə daxil olmaması ilə bağlı xüsusi xəbərdarlıq yerləşdirib. Layihənin məqsədi isə sənətkarın yaradıcılığını qeyri-adi formada yad etmək və onun konseptual sənət irsini yeni nəsillərə çatdırmaqdır.







