2025-ci ildə Azərbaycan vətəndaşlarının Şengen vizası üçün ən çox müraciət etdiyi ölkə Fransa olub.
EDnews xəbər verir ki, il ərzində ümumilikdə 104 mindən çox Şengen vizası müraciəti edilib.
Ən aşağı rədd faizi Yunanıstanda (3%), ən yüksək rədd faizi isə Bolqarıstanda (26%) qeydə alınıb.
Ən çox müraciət edilən ilk 3 ölkə Fransa, Almaniya və İtaliyadır.
(Mənbə: Avropa Komissiyası)







