İran milli futbol komandasının Tiyuanadakı təlim bazasının stadionu yaxınlığında meyit aşkarlanıb.
EDnews xəbər verir ki, yerli mənbələrin məlumatına görə, meyit qara torbaya bükülmüş vəziyyətdə tapılıb.
İlkin məlumata əsasən, cəsədin üzərində zorakılıq əlamətləri müəyyən edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Meyitin kimliyi və ölümün dəqiq səbəbi hələlik açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.







