Aşkarlanmış qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar iyulun 1-də Bakının Nizami və Sabunçu rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
EDnews xəbər verir ki, saat 10:00-dan etibarən işlər başa çatanadək Nizami rayonunun Keşlə qəsəbəsi, Sabunçu rayonunun Maştağa qəsəbəsi, Yeni Sahə, Subtropik Sovxoz, Konserv Zavodu və Daş Karxanası ərazilərinin qaz təchizatı dayandırılacaq.
Qazın verilişi təmir işləri yekunlaşdıqdan sonra bərpa olunacaq.







