Avropa İttifaqı Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə qabaqcıl pilotsuz uçuş aparatları (PUA) texnologiyasına dəstək üçün 3,9 milyard avro vəsait ayırıb.
EDnews xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen “X”də yazıb.
“Ukraynanın ixtiraçılığı onun Rusiyanın genişmiqyaslı işğalına qarşı uğurlu müqavimətinin mərkəzində dayanır. Məhz bu ixtiraçılığı dəstəkləmək istəyirik. Ukraynanın müdafiəsini gücləndirmək üçün qabaqcıl dron texnologiyalarına ilk 3,9 milyard avro ayırırıq”, – Ursula von der Lyayen bildirib.







