Bakı Gəmiqayırma Zavodunda inşa edilən və Azərbaycanın Türkmənistana hədiyyə etdiyi "Dostluq" neftdaşıyan tankeri Türkmənbaşı Beynəlxalq Dəniz Limanına çatıb.
EDnews xəbər verir ki, gəminin və ekipajın qarşılanması münasibətilə limanda rəsmi şəxslərin, liman əməkdaşlarının və gənclərin iştirakı ilə bayram tədbiri və konsert proqramı təşkil olunub.
"Dostluq" tankeri Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Bakıya rəsmi səfəri zamanı təqdim edilib və Azərbaycan-Türkmənistan arasında iqtisadi, nəqliyyat və mədəni əməkdaşlığın yeni rəmzi kimi qiymətləndirilir.
Müasir təhlükəsizlik və ekoloji standartlara uyğun inşa edilən gəminin uzunluğu 141 metr, eni 17 metr, yükgötürmə qabiliyyəti isə təxminən 8 min tondur.
Tankerin adı həm Azərbaycan və Türkmənistan arasında dostluq münasibətlərini, həm də Xəzər dənizində yerləşən eyniadlı birgə karbohidrogen yatağını əks etdirir.
Xam neft və neft məhsullarının daşınması üçün nəzərdə tutulan "Dostluq" tankerinin yaxın günlərdə ilk kommersiya reyslərinə başlayacağı və regionun nəqliyyat-tranzit dəhlizlərinin inkişafına töhfə verəcəyi bildirilir.


.jpg)
.jpg)
.png)


.jpg)