Videobloger Günel Ağayevaya qarşı xüsusi ittiham qaydasında cinayət işi açılıb.
EDnews "Unikal"a istinadən xəbər verir ki, bu barədə xüsusi ittihamçının nümayəndəsi Aqşin Məmmədov məlumat verib.
Onun sözlərinə görə, işə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılır.
İddiaya əsasən, Günel Ağayeva "TikTok" və "Instagram" sosial şəbəkə hesablarında xüsusi ittihamçını "dələduz" və "maşennik" adlandıraraq onun barəsində böhtan və təhqir xarakterli məlumatlar yayıb.
Videoblogerə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında cinayət işi başlanılıb.
Hazırda Nizami Rayon Məhkəməsində iş üzrə məhkəmə istintaqı davam etdirilir.






