Rusiyanın Ukraynanın Xarkov şəhərinə hava hücumu nəticəsində azərbaycanlı tələbə həlak olub.
EDnews xəbər verir ki, bu barədə məlumatı Xarkov Milli Tibb Universiteti "Facebook" səhifəsində paylaşıb.
"Böyük kədər hissi ilə bildiririk ki, Rusiyanın endirdiyi zərbə nəticəsində tibb fakültəsinin 6-cı kurs tələbəsi, əslən azərbaycanlı olan Hüseynova Fatimə İlyas qızı faciəvi şəkildə həlak olub", — deyə universitetin rəsmi bəyanatında qeyd edilib.
Qeyd edək ki, son günlərdə Rusiya və Ukraynanın bir-birinə hava hücumlarının miqyası kəskin artıb.







