"Münaqişə nəticəsində İrana dəyən zərər 1.5-2 trilyon dollar arasında ola bilər. Bununla belə, Tehrana maliyyə yardımı göstərilməsi məsələsi müzakirə olunmur".
EDnews xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp "Böyük yeddilik" (G7) sammitinin yekunlarına dair mətbuat konfransında deyib.
"Onlara investisiyalar lazımdır, çünki biz 1.5 trilyon dollar, bəlkə də 2 trilyon dollar həcmində zərər vurmuşuq. Kimsə onlara kömək etməli olacaq. Belə yardımın olacağına heç bir zəmanət yoxdur, bəlkə qonşular bir qədər kömək edərlər. Amma söhbət nəhəng məbləğdən gedir. Demək olar ki, heç kimin belə vəsaiti yoxdur. Lakin biz heç bir maliyyə məsələsini müzakirə etmirik, bu, yalan məlumat idi", - deyə Tramp bildirib.
ABŞ liderinin sözlərinə görə, zərbələrin dayandırılması regionda gəmiçiliyin bərpasına imkan verir.
"Əgər əksinə hərəkət edib onları daha dörd gün bombardman etsəydim, tamamilə məhv etsəydim, buna görə mediadan mənfi reaksiyalar alacaqdım. Əgər bombardmanları davam etdirsək, yük gəmiləri hərəkət etməyəcək. Söhbət gündəlik 500-700 milyon dollardan gedir", - deyə ABŞ prezidenti əlavə edib.
.jpg)






