BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Gürcüstan və 67 ölkənin həmmüəllifi olduğu qətnamə qəbul edilib.
EDnews xəbər verir ki, “Gürcüstanın Abxaziya və Tsxinval bölgəsi/Cənubi Osetiyadan olan məcburi köçkün və qaçqınların statusu barədə” sənəddə bütün qaçqın və məcburi köçkünlərin Gürcüstanın işğal altında olan ərazilərinə qayıtması hüququ növbəti dəfə təsdiqlənib.
Qətnaməni rekord sayda - 107 ölkə dəstəkləyib, 8-i əleyhinə səs verib, 55-i isə səsvermədən imtina edib.
Gürcüstanla bağlı sənədin lehinə səs verən ölkələr arasında Azərbaycan da yer alıb.







