Cahangir Novruzov: "Türkiyədə bir çox insanın Azərbaycanı yetərincə tanımaması mənə qəribə gəlirdi"

Cahangir Novruzov: <span class="text-danger">"Türkiyədə bir çox insanın Azərbaycanı yetərincə tanımaması mənə qəribə gəlirdi"</span>

"Bakı bir əsr sonra yenidən böyük bir tarixi tədbirə — Türkoloji Qurultaya ev sahibliyi edir. Bu, şəhərin öz əzəmətini qoruduğunu və türk dünyası üçün yenə də mühüm mədəniyyət mərkəzi olaraq qaldığını göstərir.

Xalq artisti Cahangir Novruzov bunu Heydər Əliyev Mərkəzində keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirdə EDnews-a açıqlamasında bildirib. 

"Mən uzun illər Türkiyədə fəaliyyət göstərən bir ictimai xadim və incəsənət nümayəndəsi kimi bu tədbirdə iştirak etməyi böyük şərəf və qürur hesab edirəm. Çünki 100 il əvvəl burada Azərbaycanın görkəmli ziyalıları, aydınları bir araya gəlmişdi. Onların arasında elə şəxsiyyətlər var idi ki, təkcə adlarını çəkmək belə bütöv bir tarixdən danışmaq deməkdir. Açığı, heç vaxt düşünməzdim ki, bir gün həmin böyük tarixi hadisənin 100 illiyinə həsr olunan forumda iştirak edəcəyəm. Bu, mənim üçün həm qürurverici, həm də çox təsirli bir hadisədir. Eyni zamanda, həmin dövrü xatırlayanda insanın ağlına kədərli məqamlar da gəlir. Çünki o qurultayda iştirak edən ziyalıların bir çoxu sonradan repressiya illərində ağır əzablar çəkdi, təqiblərə məruz qaldı".

O ümid edir ki, Azərbaycanda keçirilən bu qurultay da o dövrdə böyük aydınların arzuladığı məqsədlərə xidmət edəcək:

"Bu məqsəd türk dünyasının bir-birinə daha da yaxınlaşması, ortaq mədəniyyətimizin, dilimizin və mənəvi bağlarımızın güclənməsidir.Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Türk dünyasının inteqrasiyası, Türk dövlətlərinin bir araya gəlməsi və əməkdaşlığın daha da dərinləşməsi istiqamətində mühüm addımlar atılır. Bu proses təkcə kağız üzərində deyil, real əməkdaşlıq, ortaq fəaliyyət və birlik ruhu ilə davam etdirilir. Bu baxımdan, belə bir qurultayın keçirilməsi böyük əhəmiyyət daşıyır. Çünki dünyaya ilk növbədə mədəniyyətlə çıxmaq lazımdır. Böyük Hüseyn Cavidin məşhur sözləri bu gün də öz aktuallığını qoruyur: “Turana qılıncdan daha kəskin ulu qüvvət — yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət”. 

O qeyd edib ki, Heydər Əliyev siyasəti mədəniyyət xadimlərinə dünyaya çıxmaq, Azərbaycan mədəniyyətini tanıtmaq üçün geniş imkanlar yaradıb:

"Mən Türkiyədə yaşadığım və fəaliyyət göstərdiyim illərdə Novruz bayramı da daxil olmaqla, Azərbaycanın bir çox adət-ənənələrini insanlara anlatmağa çalışmışam. Bəzən mənə qəribə gəlirdi ki, biz Türkiyəni yaxşı tanıyırıq, amma Türkiyədə bir çox insan Azərbaycanı yetərincə tanımır. Deməli, aramızda müəyyən sədlər çəkilmişdi. Bu sədlər təkcə ölkələr arasında deyil, həm də insanların düşüncəsində mövcud idi. Bu gün isə həmin sədlər yıxılır. Türk dünyası bir-birinə daha da yaxınlaşır. İnanıram ki, bu forum, bu qurultay 100 il əvvəl qurulan arzuların reallaşmasına böyük töhfə verəcək".

Xəbər xətti

UNICEF: "Uşaqlar süni intellektdən böyüklərdən üç dəfə çox istifadə edir"
22:08
ABŞ Məhkəməsindən TRANSLARLA bağlı TARİXİ QƏRAR
21:59
AQTA sədri: "Broyler toyuqları ilə bağlı iddialar həqiqəti əks etdirmir"
21:42
Sabah bu ərazilərdə qaz olmayacaq
21:36
Yayda bu dərmanları qəbul etməyin – XƏBƏRDARLIQ
21:15
Ankarada Ərdoğan-Kaya Kallas görüşü keçirilib
21:11
Haluk Leventin qardaşı həbs edildi
20:58
“Özəl bağçalarda qidalanma ürəkaçan deyil” - AQTA sədri
20:55
Ukraynada rus dilinin qadağan edilməsi təklif olunur
20:50
Dilçilik İnstitutu: "Yeni orfoqrafiya lüğətində 175 mindən çox söz üzərində iş aparılır"
20:31
BMT-dən ciddi XƏBƏRDARLIQ – Ebola daha 1 milyon insanı…
20:18
Albaniyada Trampın kürəkəninin layihəsinə etiraz: "Albaniya satılmır"
20:03
"Dostluq" tankeri Türkmənbaşı limanına çatdı
19:57
Rusiya ordusu Zaporojyedə enerji obyektlərini hədəfə alıb
19:50
Videobloger Günel Ağayeva məhkəməyə verilib
19:19
"4 minə yaxın azərbaycanlının taleyi bu günədək naməlumdur"- XİN-dən AÇIQLAMA
19:04
Pakistanda dəhşətli faciə: Tədris mərkəzinin damı uçdu, uşaqlar həlak oldular
18:53
Yasamalda vətəndaşın evi qanunsuz sökülür? - Rəsmi açıqlama
18:43
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni çimərlik istifadəyə verildi - Fotolar
18:37
Yaxın Şərq alovlana bilər: İsraildən İrana SƏRT MÜHARİBƏ SİQNALI
18:19
22 istiqamətdə tıxac var - Siyahı
18:00
Katzın XƏBƏRDARLIĞI: Müharibə başlayır?
17:45
67 min insan Xameneiyə görə toplaşacaq
17:25
İlham Əliyev Venesuelada zəlzələdə insan tələfatına görə başsağlığı verib
17:13
Həyat yoldaşının telefonuna baxdı DÖYÜLDÜ
17:03
"Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun icrası ilə bağlı bəzi qanunlara dəyişiklik təsdiqlənib
16:47
İran XİN: Qalibafın Azərbaycana səfəri uğurlu olub
16:37
“Birinci Türkoloji Qurultay: yüz ilin elmi vǝ mǝdǝni irsi” tarixi İsmailiyyə binasında
16:17
Bakıda 7 avtobus marşrutunun istoqaməti dəyişdirilir
16:09
Aİ Ukraynaya PUA üçün 3,9 mlrd. avro ayırdı
15:58
U-15 və U-17 millilərində yeni məşqçilər BƏLLİ OLDU
15:46
Ruttedən TƏKZİB: "NATO-dan uzaqlaşılmayıb"
15:39
Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
15:31
Peşə təhsili ixtisasları üzrə xərclər müəyyənləşib
15:21
Bakıda daha iki marşrut xəttinin avtobusları yeniləndi
15:11
DSX-nın Sürücülük Mərkəzi xidməti istifadəyə verildi
14:57
Trampın təklifi, Fransanın şərti: Hörmüzdə NƏ BAŞ VERİR?
14:48
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
14:27
Leyla və Arzu Əliyevalar Milli Onkologiya Mərkəzində olublar - FOTO
14:23
Perunun ilk qadın prezidenti o oldu
14:03
Paşinyan qondarma “erməni soyqırımı” mövzusunda NİYƏ SUSDU?
13:50
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə danışdı - NƏLƏR MÜZAKİRƏ OLUNDU?
13:39
Qarpız alarkən BUNLARA DİQQƏT EDİN!
13:35
İranda silahlı hücum olub - SEPAH ÜZVLƏRİ ÖLÜB
13:28
Paşinyan Əli Xameneinin vida mərasimində iştirak edəcək
13:17
Emin Əmrullayev: Təhsil sahəsində sistemli korrupsiya yoxdur
13:11
Hesablama Palatasına yeni səlahiyyət verilir
13:08
Politoloq: "Tarixi hadisələrin siyasiləşdirilməsi diplomatik gərginlik yaradır"
13:00
Psixiatriya müayinəsi ilə bağlı qaydalar DƏYİŞDİRİLİR
12:58
"Azərbaycan Dəmir Yolları" iki şirkətini birləşdirir
12:48
“Türkoloji Qurultayın 100 illiyi TƏKCƏ YUBİLEY DEYİL" - MİLLƏT VƏKİLİ
12:38
Pilləkəndən yıxılan 71 yaşlı kişi ölüb
12:28
TANAP-la tarixi göstərici: Azərbaycan qazı 100 milyard kubmetrə yaxınlaşdı
12:18
Şuşada TDT ölkələri arasında ilk dini toplantı başlayıb
12:08
Bakının iki yolunda hərəkət məhdudlaşdırılacaq - FOTOLAR
11:57
Daha 6 itkin-şəhidin nəşi ailəsinə təhvil veriləcək
11:48
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasında 14 məsələ müzakirə olunacaq
11:38
Veteran pulu ilə bağlı MÜHÜM XƏBƏR: ARTIRILIR?
11:25
Nazirdən 20 min müəllimə ŞAD XƏBƏR
11:04
Nəriman Həsənzadənin SON DURUMU: “SÜNİ TƏNƏFFÜS aparatına qoşulub”
10:45
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR