Ukraynanın Hərbi Hava Qüvvələri (HHQ) Xmelnitski vilayətində aviaqəza faktını təsdiqləyib.
EDnews xəbər verir ki, bu barədə HHQ-nin "Telegram" kanalında bəyanat paylaşılıb.
"İyunun 16-sı saat 19:00 radələrində Ukrayna Silahlı Qüvvələri HHQ-nin Pyotr Franko adına 7-ci taktiki aviasiya briqadasının "Su-24M" cəbhə bombardmançı təyyarəsi qəzaya uğrayıb. "Su-24M"in ekipajı - pilot və şturman Xmelnitski vilayətində tapşırığı yerinə yetirirdi. Təəssüf ki, hər iki pilot - mayor Boqdan Zaqurlyuk və baş leytenant Boqdan Babenko həlak olub", - bəyanatda vurğulanıb.
Qeyd olunub ki, təyyarənin düşdüyü yerdə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları fəaliyyət göstərir. İlkin məlumata görə, mülki əhali arasında xəsarət alan yoxdur.
Qəzanın səbəbləri araşdırılır.
20:49
Xmelnitski vilayətində Ukrayna Silahlı Qüvvələrinə aid hərbi təyyarənin qəzaya uğradığı bildirilir.
EDnews xəbər verir ki, yerli mediada qəzaya uğrayan təyyarənin MiQ-29 təyyarəsi olduğu bildirilir.
Qəza Xmelnitski vilayətinin Şepetivka rayonunda olub.




.jpg)

