Kuba prezidentinin HƏYATI MASADA! PENTAQON HƏRƏKƏTƏ KEÇDİ

Kuba prezidentinin HƏYATI MASADA! <span class="text-danger">PENTAQON HƏRƏKƏTƏ KEÇDİ</span>

ABŞ Venesuelada keçirilən əməliyyata oxşar bir əməliyyatla Kuba Prezidenti Migel Dias-Kanelin oğurlandığı və ya öldürüldüyü ehtimalını nəzərdən keçirir. Bu barədə Pentaqon rəhbəri Pit Heqset jurnalistlərə bildirib.

Məlumatlar təsdiqlənməsə də, hadisə Kubada mümkün hakimiyyət dəyişikliyi ssenariləri barədə suallar doğurub. 

Bəs belə bir vəziyyət baş verərsə, ölkəni hansı siyasi, iqtisadi və geosiyasi proseslər gözləyə bilər? Kubanın gələcəyi və regiona təsirləri nə ola bilər?

Bununla bağlı EDnews – a açıqlama verən politoloq Natiq Miri deyib ki, ABŞ Prezidenti Donald Trampın siyasəti fonunda Kuba prezidenti hələlik müqavimət göstərə bilir və heç bir güzəştə getmir.

60-1779450252.jpg

“Baxmayaraq ki, iqtisadi blokada şəraitində Kubanın vəziyyəti olduqca ağırdır. Bu isə ölkə daxilində müəyyən sosial etirazlara səbəb ola bilər.
Bundan başqa, ABŞ-nin Venesuela prezidenti ilə bağlı həyata keçirdiyi iddia olunan əməliyyata bənzər addımlar ata biləcəyi ehtimalı da səsləndirilir. Həmçinin sabiq prezident Raul Kastronun həbs edilərək ABŞ-yə aparılması ilə bağlı müxtəlif fikirlər irəli sürülür.

Əgər Kuba prezidenti ABŞ-nin şərtlərini qəbul etməsə, Donald Tramp daha irəli gedərək, mövcud imkanlar çərçivəsində ilk fürsətdə Venesueladakı ssenariyə bənzər əməliyyatı Kubada da həyata keçirə bilər. Doğrudur, Kuba daha döyüşkən xalq kimi tanınır. Hətta iddialara görə, Venesuelada Maduronu qoruyan bəzi hərbçilər kubalı olub. Həmin qüvvələrin ABŞ-nin xüsusi əməliyyatları zamanı müqavimət göstərdiyi, yaralanan və həlak olanların olduğu bildirilir. Bu səbəbdən Kubada belə bir əməliyyatın həyata keçirilməsi daha təhlükəli hesab olunur”.

O deyir ki, digər tərəfdən, birbaşa hərbi müdaxilə ehtimalı da müzakirə olunur. Lakin bu ssenari ABŞ üçün ciddi risklər yarada bilər. 
“Hazırda bunlar daha çox planlaşdırma və ehtimal səviyyəsində qiymətləndirilir. Bununla belə, Trampın Kubanın ABŞ-nin təsir dairəsinə keçməsini hədəflədiyi barədə fikirlər mövcuddur. Burada əsas məsələ bunun nə vaxt və hansı imkanlar çərçivəsində həyata keçiriləcəyidir.

İddialara görə, məqsəd Venesuelada olduğu kimi Kubada da hakimiyyət dəyişikliyinə nail olmaq, amerikayönümlü bir hökumət formalaşdırmaq və bununla Amerika qitəsində Vaşinqtona qarşı mövqe tutan dövlətlərin imkanlarını məhdudlaşdırmaqdır. 

Məlumdur ki, Kubada keçmiş SSRİ-nin varisi olan Rusiyanın, eləcə də Çinin müəyyən təsir imkanları mövcuddur. Bu baxımdan, həmin qlobal güclərin Amerika qitəsində təsirini azaltmaq və onların ABŞ-yə meydan oxuma potensialını zəiflətmək üçün Kubada hakimiyyət dəyişikliyinə ehtiyac olduğu barədə fikirlər səsləndirilir.

Bütün planlaşdırmanın da bu məqsədə xidmət etdiyi iddia olunur. Lakin bu ssenarilərin nə dərəcədə real olduğunu yalnız zaman göstərəcək” - deyə politoloq əlavə edib. 

Şəbnəm İbrahimxəlilova | EDnews

Xəbər xətti

Azərbaycan Əfqanıstanda beynəlxalq görüşdə iştirak edəcək
13:21
ABŞ–İran razılaşması UZUNÖMÜRLÜ OLMAYACAQ- ŞOK AÇIQLAMA
13:00
Sabah havanın temperaturu yüksələcək
12:56
Pakistan ABŞ-İran razılaşmasına ev sahibliyi edəcək
12:46
Rusiyanın Kiyevə hücumunda tarixi MONASTIR YANDI
12:27
Zelenskidən ÇAĞIRIŞ: “Ukraynaya daha çox hava müdafiəsi lazımdır”
12:20
ABŞ-də faciəvi qəza: HƏLAK OLANLAR VAR
12:15
Böyük Britaniya uşaqlar üçün sosial mediaya çıxışı qadağan edir
12:09
“15 iyun Azərbaycanın dövlətçilik tarixinə gələcəyin rəmzi kimi yazılıb” - MİLLƏT VƏKİLİ
11:59
Azərbaycan XİN-dən ABŞ və İran razılaşmasına münasibət
11:55
SON DƏQİQƏ! Flora Kərimovanın vəziyyəti ağırlaşıb? - Qızı xaricdən gəldi...
11:43
İsrail İranla razılaşmaya baxmayaraq Livandan çəkilmir
11:20
Rusiya Ukrayna şəhərlərinə kütləvi zərbələr endirib: ölən və yaralananlar var
11:12
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda göndəriləcək
11:00
Bloqerin bacısı avtoqəzada həlak olub
10:57
Neft qiymətləri KƏSKİN UCUZLAŞDI
10:50
Şimşək çaxır, intensiv yağış yağır - FAKTİKİ HAVA
10:41
Tehran: “ABŞ üzərində qələbə qazandıq”
10:35
Aİ ABŞ-İran sazişinə münasibət bildirib
10:29
Türkiyənin Azərbaycandakı Səfirliyi Şuşa bəyannaməsi ilə bağlı paylaşım edib
10:26
Ağır qəza: Bir ailə xəstəxanalıq oldu
10:20
Pakistan Prezidenti ABŞ və İran razılaşmasına münasibət bildirib
10:16
Qətərdən ABŞ-İran danışıqları ilə bağlı AÇIQLAMA
10:06
Rıbinskdə sənaye obyektində YANĞIN DAVAM EDIR / VİDEO
09:58
Avtomobil 67 yaşlı kişini vuraraq öldürüb
09:55
Türkiyə səfirliyi Azərbaycana təbrik
09:49
Prezident: Bakı regionda sülh və sabitliyin möhkəmlənməsinə sadiqdir
09:39
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
09:30
Başı stadionun dəmirləri arasında qalan uşaq xilas edildi - Video
09:15
Məleykə Əsədova: “Gecə saat 1-də zəng edib dedilər ki, Heydər Əliyev… ” - MÜSAHİBƏ - VİDEO
09:04
XİN: Heydər Əliyevin qayıdışı dövlət müstəqilliyinin möhkəmləndirilməsinin təməlini qoyub
08:56
Bürcləri bu gün NƏ GÖZLƏYİR? – Karyera, sevgi və pul mesajları
08:12
Hörmüz boğazı BU TARİXDƏN ETİBARƏN TAM AÇILACAQ
07:43
BMT-nin Baş katibi ABŞ-İran razılaşmasının elan edilməsini alqışlayır
07:28
Son 3 ayın ƏN AŞAĞI GÖSTƏRİCİSİ- “Brent” neftin QİYMƏTİ KƏSKİN UCUZLAŞDI
07:13
Ərdoğan: ABŞ və İran arasındakı razılaşmanı alqışlayıram
06:34
Konqoda Eboladan ölənlərin sayı HƏR GÜN ARTIR
05:28
"Müharibəyə son qoya bilər” – ABŞ-dan İranla bağlı iddialı açıqlama
05:23
İran Milli Təhlükəsizlik Şurası: İrana tətbiq edilən dəniz blokadası dərhal ləğv ediləcək
03:45
Braziliyada helikopterlərin toqquşması nəticəsində bir musiqiçi və bloqçu həlak olub
02:44
Kiyevə intensiv hava hücumları edilir
02:38
Tramp Netanyahunun ABŞ-İran sazişinin şərtlərindən məmnun olduğunu bildirib
02:33
ABŞ-İran razılaşmasının detalları açıqlandı
02:29
Tramp ABŞ-İran sazişini və dəniz blokadasının ləğv olunduğunu elan edib
02:20
Cenevrədə toqquşmalar: Polis gözyaşardıcı qazdan istifadə edib
02:17
Azərbaycanla sərhəddə “həyəcan siqnalı” ÇALINACAQ
02:09
İranın bütün nüvə yanacağı nəzarətimizdə olacaq - Heqset
02:06
Paşinyanın tərəfdarları Ermənistan parlamentində 64 mandat qazanıb
02:01
ABŞ və İran arasında razılaşma əldə edilib, rəsmi imzalanma 19 iyunda İsveçrədə olacaq
01:51
Tramp: İranla müqavilə artıq uğurla başa çatdı və hər kəsi təbrik edirəm - YENİLƏNİB
01:31
İsrailin hücumları nəticəsində ölən Livan vətəndaşlarının sayı AÇIQLANDI
00:59
Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür
00:48
Niderland hesabı açdı - Yenilənir
00:27
“Əminəm ki, Tramp verəcəyim hər qərarı dəstəkləyəcək”
00:24
"Azərbaycan–ABŞ dostluğunu daha da gücləndirəcəyik” İLHAM ƏLİYEVDƏN TRAMPA TƏBRİK
00:18
Həsən Sahibdivan: "Ya addım atın, ya səhnəni tərk edin” - VİDEO
00:06
15.06.2026
“Minalardan Üzümlüklərə”: Lüksemburqla yeni əməkdaşlıq imkanları müzakirə edildi
23:58
Hava kəskinləşdi - YAĞIŞ, ŞİMŞƏK...
23:39
Prezident Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
23:19
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
23:08
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR