ABŞ-nin Texas ştatında baş verən güclü daşqın nəticəsində azı 120 nəfər həyatını itirib.
“EDnews” xəbər verir ki, ən çox zərərçəkən ərazi Kerr dairəsi olub - burada azı 95 nəfər ölüb, onlardan 36-sı uşaqlardır.
Hazırda 172 nəfər hələ də itkin düşmüş sayılır. Axtarış-xilasetmə işləri fövqəladə xidmətlər tərəfindən davam etdirilir.
Qeyd edək ki, daşqınlar iyulun 4-də baş verib və ştatının altı dairəsini əhatə edib. Fəlakətə səbəb olan əsas amil güclü leysan olub. Əhalinin xilas edilməsi və təxliyəsi üçün helikopterlər, taktiki hərbi texnika, qayıqlar və xilasedici üzgüçülər səfərbər edilib.