"Ənsar Allah" üsyançı hərəkatından olan yəmənli husilər Təl-Əvivin Ben-Qurion beynəlxalq hava limanına raket zərbəsi endiriblər.
“EDnews” xəbər verir ki, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya "Al Masirah" telekanalının efirində bildirib.
"Yəmənin raket ordusu "Zülfiqar" ballistik raketindən istifadə edərək, Yaffanın (Təl-Əviv - red.) işğal olunmuş ərazisindəki Ben-Qurion hava limanına hücum edərək yüksəkkeyfiyyətli hərbi əməliyyat həyata keçirib. Əməliyyat öz məqsədinə çatıb", - deyə hərəkatın nümayəndəsi qeyd edib.