Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron Böyük Britaniyaya səfər zamanı soyuq və özünü təcrid etmiş şəkildə davranıb, hətta ərini tamamilə görməzlikdən gəlib.
“EDnews” xəbər verir ki, Fransanın birinci xanımının ruhdan düşmüş və narahat davranmasının əsas səbəbi bacısının ölümü ilə bağlı yasda olmasıdır.
"Makron xanım bacısını çox sevirdi və bu itki onu dərin təsirləndirdi", - deyə mənbə bildirib.
Qeyd edək ki, söhbət Bricit Makronun böyük bacısı - 93 yaşlı Anna-Mariya Tronyedən gedir. O, ötən həftə ailənin doğma şəhəri Amyendə vəfat edib. Bütün bunlara baxmayaraq, Bricit Makron əri ilə birlikdə Böyük Britaniyaya səfər etməyi qərara alıb.
Xatırladaq ki, bundan əvvəl Emmanuel Makron və həyat yoldaşı Bricit arasında yeni mübahisə baş vermişdi. Belə ki, Fransanın birinci xanımı təyyarədən çıxarkən ərini alçaldıb - o, E.Makronun əlindən tutmaqdan imtina edib və "kişi kimi" özü təkbaşına trapdan enib.