Avstraliyanın cənub-şərqindəki Yeni Cənubi Uels ştatında məhbuslarla yaxınlarını ziyarət etməyə gələn şəxslər arasında dava düşüb, hadisəyə həbsxana nəzarətçiləri də qarışıb.
“EDnews” xəbər verir ki, insident Sidneydən 210 kilometr məsafədə yerləşən Baterst İslah Mərkəzində baş verib.
Belə ki, 29 yaşlı qadın həbsxanada olan 36 yaşlı sevgilisi ilə görüşə gəlib. Lakin qısa müddət sonra cütlüyün sözü düz gəlməyib və onlar əlbəyaxa olublar. Mübahisə daha üç ziyarətçinin müdaxiləsi ilə böyüyüb.
Hadisəyə mühafizəçilər də müdaxilə etməli olublar. Onlardan birinin qolu insident zamanı sınıb. Davanı başlayan şəxslər xuliqanlıq ittihamı ilə hakim qarşısına çıxarılıblar.