Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış

Analitika 20:22 10.07.2025

Ermənistanın siyasi səhnəsində son günlər baş verən hadisələr həm daxili elitaya, həm də xarici güc mərkəzlərinə açıq mesajdır: Baş nazir Nikol Paşinyan keçmişin simvollarını, Kremlin köhnə dayaqlarını sistemdən silmək qərarına gəlib. "Daşnaksütyun" partiyasına, Köçəryan-Sarkisyan çevrəsinə, hətta Apostol Kilsəsinin rəhbərliyinə qarşı hücumlar, əslində, yalnız bir anti-korrupsiya və ya hüquqi mexanizm deyil, daha geniş geosiyasi təmizləmə və Qərb yönümlü yenilənmə layihəsinin tərkib hissəsidir.

 "Daşnaksütyun" – Moskvanın erməni siyasətindəki son qalalarından biri

Nikol Paşinyanın təşəbbüsü ilə "Daşnaksütyun" partiyasının lideri İşxan Saqatelyanın toxunulmazlıqdan məhrum edilməsinə hazırlıq və onun “gecə ilə Moskvaya uçması” siyasi fövqəladəlik hissini gücləndirir. Saqatelyanın “Müqəddəs Mübarizə” hərəkatına açıq dəstəyi və bu hərəkatın rəhbəri Baqrat Qalstanyana qarşı terror ittihamı Paşinyanın sərt addımlarına zəmin yaradıb. Həmin gecə Moskvaya sığınması isə sadəcə "işgüzar səfər" yox, geosiyasi qaçış planı kimi dəyərləndirilir.

Ən diqqətçəkən məqam odur ki, “Daşnaksütyun” partiyasının rəsmi maliyyə hesabatı ilə real xərcləri arasında 20 milyon dramlıq fərq ortaya çıxıb və bu fərqin mənbəyi bilinmir. Dövlət büdcəsindən 108.3 milyon dram almasına baxmayaraq, üzvlük haqları sıfır olan partiya həm də Rusiya mənşəli ianələr, şəxsi köçürmələr və şübhəli mülkiyyət artımı ilə gündəmə gəlib.

 daşnak.jpg

Koçaryan-Sarkisyan dövrünün kapitalına “toxunulmazlıq” dövrü bitdi

“Daşnaksütyun” partiyasının təkcə 72 daşınmaz əmlaka malik olması, həm də yeni avtomobil aldığı halda hesabatda qeyd etməməsi ciddi hüquqi pozuntuların siqnalıdır. Bu əmlakların əksəriyyətinin Koçaryan-Sarkisyan iqtidarı dövründə partiyaya “peşkəş” edilməsi, artıq həm korrupsiya, həm də dövlət əmlakının qanunsuz ötürülməsi kimi cinayət işlərinə səbəb ola bilər.

Maraqlıdır ki, Paşinyanın komandası təkcə partiya rəhbərliyinə yox, həm də onun “mühafizə zolağına” daxil olan şəxslərə – Arsen Martoyan, Vahan Matinyan, Qevorq Muradyan və deputat Qeqam Manukyana qarşı evi axtarışlar və saxlanmalarla mesaj verir:

“Bu, yalnız bir partiya deyil – bir sistemin sökülməsidir.”
 
köçəryan.jpg

Kilsəyə toxunmaq – Paşinyanın “müqəddəs inqilabı”

İkinci Qaregin (Ktriç Nersisyan) barəsində yayılan məlumatlar – KQB agentliyi, FSB ilə əməkdaşlıq, rəqib keşişlərin müəmmalı ölümü, Rusiyadakı arxiyepiskopun devrilməsi – təsadüfən sızdırılmayıb. Paşinyan təkcə siyasi müxalifəti deyil, ideoloji və dini dayaqları da Rusiyadan ayırmaq istəyir. Qareginin ətrafında yayılan kompromatlar onun gələcəkdə qanuni şəkildə mövqeyindən uzaqlaşdırılması üçün zəruri əsas yaradır.

Eçmiadzin artıq müqəddəs yer deyil – siyasi arenaya çevrilib.

 paşik1.jpg

Qərbin dəstəyi və Rusiyanın əlləri

Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallasın 270 milyon avroluq yardım paketi konkret olaraq:

-Seçkilərə Qərb müdaxiləsi,

-Rusiya təsirinə qarşı informasiya savaşı,

-Azad media və müstəqil təşkilatların gücləndirilməsi məqsədilə ayrılıb.

Bu vəsaitin Paşinyan komandasına siyasi manevr imkanı verdiyi şübhə doğurmur. Paralel şəkildə Rusiya da eyni metoddan – maliyyələşdirmə, casus şəbəkələri, informasiya kanalları və dini institutlar vasitəsilə – Ermənistanın içindəki təsir dairəsini qorumağa çalışır. Lakin Paşinyan artıq bu balansı dağıtmaq üçün riskli, amma planlı şəkildə hərəkətə keçib.

 Gorusda “siyasi qərargah” – növbəti dalğa üçün komanda hazırlanır

Bu şənbə Gorusda keçiriləcək iclasda Paşinyanın növbəti hədəfləri, həbslər, seçki taktikası və Rusiya təsirinə qarşı informasiya savaşının yolları müzakirə olunacaq. Həmin iclas sadəcə gündəlik tədbir deyil – Ermənistanın yaxın gələcəyinin xəritəsini çəkəcək siyasi format olacaq.

 Ermənistanda post-Kreml transformasiyası başlayır

Ermənistan artıq postsovet nostaljisindən imtina etməyə və Qərb yönlü siyasi modernizasiyaya keçməyə cəhd edir. Paşinyan bunun üçün:

- müxalifəti hüquqi və maliyyə təzyiqi ilə zəiflədir,

- keçmiş prezidentlərə qarşı kompromat bazası toplayır,

- kilsəni siyasətdən ayırmaq üçün əsaslı kampaniya yürüdür,

və ən əsası, Qərbin maliyyə və siyasi dəstəyindən optimal istifadə etməyə çalışır.

Bu isə Ermənistanda yaxın aylarda yeni siyasi nizamın – post-Koçaryan, post-Kreml, post-kilsə ittifaqının formalaşacağına işarədir.

Şahlar Ruhi

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı