ABŞ Milli Meteoroloji Xidməti Nyu-Meksiko ştatında daşqın səbəbindən fövqəladə vəziyyət elan edib.
“EDnews” xəbər verir ki, bu barədə "CBS News" kanalı məlumat yayıb.
Qeyd olunur ki, Albukerkedəki çay sahillərini aşaraq şəhərdə daşqınlara səbəb olub.
Linkoln şəhərində ata və iki uşağı su axını aparıb.
Ruidoso şəhərində sürətli su axını binaları dağıtmağa başlayıb. Sosial şəbəkələrdə çaydan aşağı üzən evlərin görüntüləri yayılıb.
Xatırladaq ki, bundan əvvəl Nyu-Meksiko ilə qonşu olan Texas ştatında güclü daşqın qeydə alınıb.