Yəmən husiləri Qırmızı dənizdə "Magic Seas" gəmisinə hücumun videosunu yayımlayıblar.
“EDnews” bu barədə ASTRA "Telegram" kanalına istinadla xəbər verir.
Qeyd edək ki, iyulun 6-da quru yük daşıyan gəmi pilotsuz katerlər, raketlər və dronlarla hücuma məruz qalıb.
Nəticədə o, Qırmızı dənizdə batıb. Ekipaj xilas edilib. Hücuma görə məsuliyyəti Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər üzərlərinə götürüblər.