İsrail və HƏMAS-ın nümayəndələri Dohada Qəzza zolağında atəşkəs sazişinə nail olmaq məqsədilə birbaşa olmayan danışıqlara yenidən başlayıblar.
“EDnews” xəbər verir ki, bu barədə “Agence France-Presse” Fələstindəki mənbəsinə istinadən məlumat yayıb.
Bildirlib ki, məsləhətləşmələrin iştirakçıları əsasən Qəzza zolağında gələcək atəşkəs sazişinin həyata keçirilməsi mexanizmini, xüsusilə İsrail qoşunlarının fələstin anklavından çıxarılması və humanitar yardımın çatdırılmasının təşkili ilə bağlı müddəaları müzakirə edirlər.
Qeyd edək ki, iyulun 6-da HƏMAS və İsrail Dohada Qəzza zolağında atəşkəsə nail olmaq və anklavda saxlanılan İsrail girovlarının azad edilməsinə yönəlmiş danışıq prosesini yenidən başladıblar.