ABŞ-nin Texas ştatında güclü yağışlar və Qvadalupe çayının səbəb olduğu daşqınlar nəticəsində azı 104 nəfər ölüb.
“EDnews” xəbər verir ki, ölənlər arasında azı 28 uşaq var. Axtarış-xilasetmə əməliyyatları davam edir.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp iyulun 11-də daşqından zərər çəkmiş ştata səfər edəcəyini açıqlayıb. İyulun 6-da o, Texas ştatının Kerr dairəsində fövqəladə vəziyyət elan edib. Tramp qeyd edib ki, federal hakimiyyət orqanları daşqının fəsadlarının aradan qaldırılmasında yerli xidmətlərə köməklik göztərir. İyulun 5-də ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem Texasa gedib.