Fırtınalar və güclü küləklər Polşada binaların dağılmasına və ağacların aşmasına səbəb olan daşqına səbəb olub.
“EDnews” xəbər verir ki, bu barədə iyulun 7-də “Gazeta.pl” portalı məlumat yayıb.
Polşanın bir çox bölgələrində çoxlu dağıntılar olub. Boxnya və Bjesko bölgələrində fırtına səbəbindən ağaclar aşıb və lokal daşqın baş verib. Həmçinin bir sıra binaların damları da zədələnib", - portalın məlumatında deyilir.
Karpatətrafı voyevodluğun sakinlərinin elektriksiz qaldıqları da bildirilir.
"Yanğınsöndürənlər qırılan budaqları və ağacları yollardan, səkilərdən, evlərdən və elektrik xətlərindən təmizləyiblər", - portal bildirib.