Yaponiyanın "Nissan" avtomobil markası bəzi modellərdə mühərriklərin sıradan çıxa biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən 480 min avtomobili geri çağırmaq qərarına gəlib.
“EDnews” xəbər verir ki, geri çağırılan modellərə "Altima" (2019-2020-ci il istehsalı), "Infiniti QX50" (2019-2022-ci il istehsalı), "Rogue" (2021-2022-ci il istehsalı) və "Infiniti QX" (2021-2025-ci il istehsalı) modelləri aiddir.
Problemin mühərrikin yastıqları ilə əlaqədar olduğu qeyd edilib. Bildirilib ki, İstənilən lazımi təmir və ya mühərrikin dəyişdirilməsi dilerlərdə həyata keçiriləcək.