"Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram"

Müsahibələr 13:21 08.07.2025

"Biz heç bir müharibənin davam etməsini istəmirik. Mənim şüarım dostluğu gücləndirmək, qonşularımızla və dünya ilə sülh və əmin-amanlıq yaratmaqdır”.

“EDnews” xəbər verir ki, bu fikirləri İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian amerikalı şərhçi və mühafizəkar tok-şou aparıcısı Taker Karlsona müsahibəsində deyib.

“ABŞ prezidenti Donald Trampın fikrincə, İran nüvə proqramdan əl çəkməyincə, sülhə nail olmaq mümkün olmayacaq. Sülh naminə İran İslam Respublikasının nüvə proqramından imtina etməyə hazırsınızmı” sualına Pezeşkian belə cavab verib:

"Reallıq budur ki, 1992-ci ildən bəri İsrailin baş naziri Netanyahu ardıcıl olaraq İranı nüvə silahı əldə etmək niyyətində olan ölkə kimi göstərməyə çalışır. Vəzifəyə gələn hər bir ABŞ prezidenti bu yalanı eşidib. Netanyahu ABŞ prezidentlərini bu yalana inandırmağa çalışıb – guya, İran nüvə silahı əldə etmək istəyir. Biz heç vaxt nüvə silahı əldə etmək niyyətində deyilik. Bu, İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xameneinin verdiyi bir dini fərmandır ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə tam əməkdaşlığımız tərəfindən təsdiqlənir”.

Pezeşkian İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı dayandırmasını belə izah edib.

“Biz danışıqlar masası arxasında idik. ABŞ prezidenti bizdən sülhün bərqərar olması üçün danışıqlara getməyimizi xahiş etmişdi. Həmin danışıqlar zamanı bizə dedilər ki, ABŞ-ın icazəsi olmadan İsrail heç bir hücuma başlamayacaq. Bununla belə, altıncı raunddan bir qədər əvvəl - biz hələ danışıqlar apararkən - Netanyahu praktiki olaraq diplomatiya masasını heçə saydı. Biz danışıqlara girməyə və yoxlama haqqında razılığa gəlməyə hazırıq, lakin ABŞ-ın nüvə obyektlərimizə vurduğu zərbədən sonra bir çox obyektlər və avadanlıqlar dağıdıldı və onlara girişin yenidən mümkün olub-olmayacağına baxmalıyıq”.

İran Prezidenti bildirib ki, Tehran hər zaman əməkdaşlığa hazır olub və MAQATE-yə onun mandatı altında olan bütün obyektləri yoxlamağa icazə verib:

“Agentliyin son hesabatı İsrailə nüvə obyektlərimizə qeyri-qanuni hücumlar təşkil etmək üçün bəhanə verdikdə inamsızlıq daha da artdı. Təəssüf ki, MAQATE bizim NPT çərçivəsində qəbul etdiyimiz, öz nəzarəti altında olan obyektlərə edilən bu hücumu belə qınamadı. Beynəlxalq hüquq nöqteyi-nəzərindən bu, qəbuledilməzdir və xalqımızda Agentliyə qarşı ciddi inamsızlıq yaradıb”.
 

Pezeşkianın sözlərinə görə, İran diplomatiya yoluna qayıtmağa hazırdı:

"Məncə, biz problemlərimizi dialoq yolu ilə asanlıqla həll edə bilərdik. Danışıqların çərçivəsi beynəlxalq hüquqa və dövlətlərin hüquqlarına əsaslana bilər. Bizim beynəlxalq hüquqa hörmətdən başqa heç bir tələbimiz olmayıb və hələ də var. Bölgəni xaosa salan Netanyahudur. Biz bu gün kiçik dünyamızda sülh axtarırıq. Bizim xalqımız özünü müdafiə etmək qabiliyyətinə malikdir”.

Prezident Pezeşkian əlavə edib ki, İranın danışıqlarla bağlı heç bir problemi yoxdur:

“Amma İsrailin bölgədə və ölkəmizə qarşı törətdiyi vəhşiliklər, onun hərbi cinayətləri, generallarımızın öz evlərində qətlə yetirilməsinə, alimlərimizin ailələri və uşaqları ilə birlikdə öldürülməsinə, günahsız mülki insanların məhvinə, yaşayış binalarının dağıdılmasına səbəb olub. Biz ümid edirik ki, bu rüsvayçılığın öhdəsindən gəldikdən sonra yenidən danışıqlar masasına qayıtmaq mümkün olacaq”.

Məsud Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini də bildirib:

"Cəhd edildi, tədbirlər görüldü. Amma biz inanırıq ki, Allah istəsə, insan sağ qalacaq, olmasa da, yeriyəndə də həlak ola bilər. Biz xalqımızı, müstəqilliyimizi, torpağımızın azadlığını son nəfəsimizə qədər müdafiə etməyə hazırıq, ölümdən də qorxmuruq".

- Əgər icazə versəniz, bu mövzuya bir daha qayıtmaq istərdim. Hələlik ABŞ-ın sizə sui-qəsd cəhdi ilə bağlı heç bir rəsmi məlumat yoxdur və bu fakt heç bir rəsmi qurum tərəfindən təsdiqlənməyib. Zəhmət olmasa, bu məsələ ilə bağlı əlavə açıqlama verə bilərsinizmi?

-Bunu ABŞ yox, İsrail həyata keçirib. Onlar öz casuslarının topladığı məlumatlardan istifadə edərək binamızı bombalayanda biz oradakı iclasda proqramlarımızı nəzərdən keçirirdik. Amma Allah istəməsə, heç nə baş vermir. Biz heç vaxt ölkəmizin müstəqilliyi və ləyaqəti yolunda ölümdən və ya şəhidlikdən qorxmamışıq”.

- ABŞ-da bir çox insan hələ də İrandan qorxur və İranın ABŞ-a nüvə bombası ilə hücum edə biləcəyindən narahatdır. Onlar İranda bəzi insanların “Amerikaya ölüm!” şüarı səsləndirdiyi və ABŞ-ı “Böyük şeytan” adlandırdığı videoları görürlər. Sizcə, bu narahatlıqlar realdırmı? Amerika xalqı İrandan qorxmalıdırmı?

-Mən inanmıram ki, bu, İranın düzgün görüntüsüdür. Son 200 ildə bir dəfə də olsun İran başqa ölkəyə hücum etməyib. "Amerikaya ölüm”" şüarları heç bir halda Amerika xalqına, hətta rəsmilərə aid deyil. Bu, "cinayətə ölüm", "bölgəni məhv edən siyasətə ölüm" deməkdir. Siz heç bir iranlının ABŞ-da terror aktı törətdiyini görmüsünüzmü?

- İranın iki tanınmış yüksək səviyyəli din xadimi ABŞ prezidenti Donald Trampa qarşı fətva verib. Sizcə, bu fətvaların mənası və əhəmiyyəti nədir?

-Bildiyim qədər, heç bir konkret şəxsə qarşı heç bir fətva verilməyib. Qeyd olunan fətvaların da - aydınlaşdırım ki, hökumətə və ya ali rəhbərə heç bir aidiyyəti yoxdur - sadəcə olaraq alimlər öz fikirlərini ifadə edirdilər, lakin şübhəsiz ki, heç vaxt qətl və ya təhdid nəzərdə tutmayıblar.

- İran vətəndaşlarının əhəmiyyətli bir hissəsinin ABŞ-da yaşadığını nəzərə alsaq, bəziləri bu şəxslərin ABŞ ərazisində zorakılıq və ya terror aktları həyata keçirmək üçün sizdən əmr almağı gözləyən “yatmış hüceyrələr” və ya “gizli agentlə”r olduğuna inanırlar. Siz buradan onlara mesaj göndərərək, Birləşmiş Ştatların ərazisində hər hansı zorakı hərəkətlərdən çəkinmələrini xahiş etmək istərdinizmi?

- Düzünü desəm, qaldırdığınız məqamların çoxu bir iranlı kimi ilk dəfə eşitdiyim şeylərdir. Siz ABŞ-da yaşayan iranlılardan elm, bilik, mədəniyyət və empatiyadan başqa bir şey görmüsünüzmü? Bunlar İsrailin və münaqişə, qeyri-sabitlik təşviq etməyə çalışanların uydurmasıdır. Onlar ictimaiyyəti qorxutmağa çalışırlar.

- Cənab prezident, son sualım kimi soruşa bilərəmmi: İran İslam Respublikasına qarşı daha geniş müharibə başlayacağı təqdirdə, Çin və Rusiya da daxil olmaqla İranın müttəfiqlərinin İrana iqtisadi və ya hərbi dəstək vermə ehtimalı nə qədərdir? Və belə bir dəstəyi gözləyirsinizmi?

-Bizim üçün ən önəmlisi Allaha olan inancımız və əqidəmizdir. Bizim özümüzü müdafiə etmək qabiliyyətimiz var və lazım gələrsə, ölkəmizi və ərazi bütövlüyümüzü qorumaq üçün son nəfəsimizə qədər dayanacağıq. Biz müharibə istəmirik. Biz dəfələrlə demişik ki, nüvə silahı əldə etməyə çalışmırıq. Məncə, biz hamımız sülh və sabitliyə doğru hərəkət etməliyik - əgər ABŞ prezidenti belə bir gələcək istəyirsə, bu yolu davam etdirə bilər”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

BAMF-ın baş ofisində növbəti təlim keçirilib – BMT-də təmsilçilik
17:15 08.07.2025
İlham Əliyev Donald Trampa başsağlığı verib
17:00 08.07.2025
Həyat yoldaşı Makronun əlini tutmaq istəmədi
16:41 08.07.2025
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb
16:26 08.07.2025
Günəşdə güclü partlayış baş verdi
16:11 08.07.2025
COP29 Sədrliyi UNIDO və OPEC tədbirlərinə qatılmaq üçün Vyanaya gedib
15:56 08.07.2025
Qahirədə baş verən yanğında 4 nəfər ölüb
15:41 08.07.2025
Qəzza zolağı üzrə danışıqlar davam edir
15:26 08.07.2025
İran Çindən yeni raketlər alıb
15:09 08.07.2025
"Hakimiyyət kilsəni sağlamlaşdırmağa çalışır"
14:54 08.07.2025
"Yeni sanksiyalar olsa, nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik"
14:39 08.07.2025
Qarabağa getmək asanlaşdırıldı
14:24 08.07.2025
Öcalan PKK-ya yeni çağırış edəcək
14:09 08.07.2025
"Niyə passiv abonentlərin xərclərini digərləri ödəməlidir?"
13:54 08.07.2025
Bizi xaricdən izləyirmişlər -DTX əmliyyat keçirdi
13:39 08.07.2025
"Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram"
13:21 08.07.2025
Türkiyə Ukraynadan cavab gözləyir
13:06 08.07.2025
Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
"Heydər Əliyevin "xalqımı xilas etmişəm" deməyə mənəvi haqqı çatırdı"
12:35 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Hamısı