"Ermənistan yalnız sülhə əməl etdiyi təqdirdə təcriddən çıxa bilər" -Müsahibə

Müsahibələr 16:19 26.06.2025

"Azərbaycan elə bir dayanıqlı sülh istəyir ki, bu sülh ermənilər tərəfindən nə revanşla, nə də hər hansı mövqe dəyişməsi ilə pozula bilsin".

“EDnews” xəbər verir ki,  bunu "El Mundo" qəzetinə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

- Ermənistanla sülh sazişi kontekstində Azərbaycan, əslində, dayanıqlı sülhdən danışmaq üçün hansı konkret addımları atır?

- Bütün maddələr razılaşdırılıb. Sənədin imzalanmasına mane olan məsələ Ermənistan Konstitusiyasının sülh razılaşmasının məzmunu ilə ziddiyyət təşkil etməsidir. Biz istəyirik ki, Ermənistan tərəfi öz konstitusiyasını (Qarabağdan imtina etməklə) bu razılaşmanın ruhuna və mətninə uyğun şəkildə dəyişsin. Azərbaycan elə bir davamlı sülh istəyir ki, bu sülh ermənilər tərəfindən nə revanşla, nə də hər hansı mövqe dəyişməsi ilə pozula bilsin. Ermənistan hökumətinin konstitusiyanı dəyişməkdən imtina etməsi isə onun niyyətlərinin səmimiliyinə dair Azərbaycanda müəyyən şübhələr yaradır. Hesab edirəm ki, bugünkü vəziyyətə baxsaq, Ermənistan və Azərbaycan böyük məsafə qət ediblər. Odur ki, biz ümid edirik ki, Ermənistan tərəfi qalan iki məsələnin həlli üçün siyasi iradə nümayiş etdirəcək.

- Bu konstitusiya islahatı xeyli vaxt aparacaq. Görünür ki, 2026-cı ildən əvvəl baş verməyəcək. Belə olan halda, bu məsələ "yarımçıq sülh planı" ilə nəticələnmədən necə irəliləyə bilər?

- Ermənistan tərəfindən eşitdiyimiz odur ki, yeni konstitusiya layihəsini gələn il - yəni 2026-cı ilin iyunundakı seçkidən sonra referenduma çıxarmağı planlaşdırırlar. Biz də bu müddətin çox uzun olduğunu düşünənlərlə eyni fikirdəyik.

- Azərbaycanda üstün mövqe sizdədir, çünki Ermənistanın baş naziri Nikol Paşinyan Bakıya mümkün güzəştlərdən danışanda daxildə təzyiqlərlə üzləşir. Amma Azərbaycanda bu yoxdur. Bəzi tənqidçilər deyirlər ki, bu, sizin ölkədə müxalifətin sıxışdırılması ilə əlaqədardır.

- Bu, reallığa tam ziddir. Bizdə müxalifət, azad mətbuat, azad internet var; hökumətin digər sahələrdə fəaliyyətini tənqid edən çoxlu insanlar var. Lakin konkret bu məsələdə Azərbaycan cəmiyyətində yekdillik mövcuddur. Çünki müxalifətin hökuməti tənqid edəcək bir səbəbi yoxdur - bu hökumət 30 illik işğal problemini həll edib. Dövlət öz xalqı və ordusunun dəstəyi ilə tarixi ədaləti və beynəlxalq hüququ bərpa edib. Bu gün ərazi bütövlüyünün pozulmasından, beynəlxalq hüququn tapdalanmasından çox danışılır. Amma bu vəziyyətlə ilk qarşılaşan ölkələrdən biri 1990-cı illərin əvvəlində məhz Azərbaycan idi. Ona görə də həmin tənqidçilərə və istinad etdiyiniz QHT-lərə sual vermək istəyirəm: O zaman siz harada idiniz? Niyə susurdunuz? Qorxurdunuz, yoxsa bacarıqsız idiniz?

Biz BMT Nizamnaməsinin 51-ci maddəsini - özünümüdafiə hüququnu - tətbiq etməyə qərar verdik. Və bu problemi beynəlxalq hüquqa tam uyğun şəkildə özümüz həll etdik. Ermənistandakı müxalifət isə müharibə tərəfdarıdır. Onlar Azərbaycanla sülhə qarşı çıxırlar. Türkiyə ilə normallaşmaya qarşı çıxırlar. Onlar hələ də qisas arzusu ilə yaşamaq istəyirlər.

- Digər bir açıq qalan məsələ isə Zəngəzur dəhlizidir. Bu dəhliz Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək. Amma siz həmin keçid məntəqəsində erməni gömrük və təhlükəsizlik qüvvələrinin olmasını istəmirsiniz.

- Biz Ermənistanın artıq 2020-ci ildə bu məsələ ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini istəyirik. Maneəsiz keçid o deməkdir ki, Azərbaycan ərazisinin bir hissəsindən digər hissəsinə keçid zamanı həmin 43 kilometrlik Zəngəzur dəhlizində heç bir maneə olmayacaq. İkinci öhdəlik isə ondan ibarət idi ki, bu keçid məntəqəsinin təhlükəsizliyini Ermənistan hüquq-mühafizə orqanları deyil, Rusiya sərhədçiləri təmin edəcəklər. Ermənistan hazırda tam təcrid vəziyyətindədir. Bütün əsas infrastruktur - neft kəmərləri, dəmir yolları və s. - Ermənistanı dolanaraq keçir. Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır. Açıq sərhədləri yalnız İran və Gürcüstanladır. Ermənistan regionda təcrid vəziyyətindən çıxa bilər. Əgər razılaşmalara əməl etsə, o da şərqdən-qərbə və qərbdən-şərqə keçən bütün ticarət və nəqliyyat dəhlizlərinin keçdiyi tranzit ölkəyə çevrilə bilər.

- Ermənistan Rusiyadan narazıdır. Onlar hesab edirlər ki, Moskva İrəvanı Bakıya qarşı müdafiə etməyib. Ukrayna müharibəsi səbəbindən Rusiya bu regionda təsir gücünü itirib. Bundan sonra Azərbaycan-Rusiya münasibətləri necə olacaq?

- Mən bilmirəm, Ermənistan niyə düşünür ki, Rusiya onu Azərbaycana qarşı müdafiə etməli idi. Əgər söhbət 2020-ci il müharibəsindən gedirsə, həmin müharibə Azərbaycanın beynəlxalq müstəvidə tanınmış ərazisində baş verib.

- Sonradan Qarabağdan kənar ərazilərdə də hücumlar olub.

- Fərqli vaxtlarda atəşkəs pozulub.

- Amma Azərbaycan Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü deyil, Ermənistan isə üzvdür.

- Əgər həmin təşkilatın nizamnaməsini oxusanız, görərsiniz ki, Rusiya yalnız Ermənistanın ərazisi işğal edildikdə öhdəlik daşıyır. Hazırda Azərbaycanın Ermənistan ərazisini işğal etdiyinə dair heç bir sübut yoxdur, çünki sərhəd demarkasiya olunmayıb. Ermənistan 20% Azərbaycan ərazisini qanunsuz olaraq işğal edəndə bu, bizim problemimiz idi və biz onu özümüz həll etdik.

- Ermənistan sərhədlərin müəyyənləşdirilməsində sovet dövrünə aid xəritələrdən istifadəni təklif edir, siz isə daha reallığa əsaslanan yanaşma istəyirsiniz. Ortaq məxrəc tapmaq mümkündürmü?

- Sərhədlərin müəyyənləşdirilməsi məsələsində artıq ciddi irəliləyiş əldə olunub - iki komissiyanın istifadə edəcəyi hüquqi çərçivə razılaşdırılıb. Söhbət təkcə xəritələrdən getmir, çünki demarkasiya çox detallı və uzunmüddətli bir prosesdir. Artıq sərhədin 12 kilometrlik hissəsi müəyyən olunub və işlər davam etdirilir. Ümumilikdə, bu sərhəd 1 000 kilometrdən çoxdur və bu illərlə vaxt aparacaq.

- Qarabağda yaşayan ermənilərin evlərinə qayıtmaq imkanları haqqında nə deyə bilərsiniz?

- Hələ də orada yaşayan bəzi ermənilər var. Gedənlər isə əslində, Azərbaycan dövlətində qalmaq və inteqrasiya olunmaq üçün bütün zəruri şəraitlə təmin olunmuşdular. Onlar getməyi özləri qərara aldılar. Gəlin həm də xatırlayaq ki, bu münaqişənin nəticəsində yüzminlərlə azərbaycanlı Ermənistandan qovulub: Sovet dövründə orada yaşamış 300 000 nəfər 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində etnik təmizləməyə məruz qalıb. Və burada fərq ondadır ki, biz ermənilərə qalmaq üçün hər cür imkanı verdik. Onları çıxmağa məcbur etmədik. Əgər qayıdışdan danışırıqsa, bu, heç bir ayrı-seçkilik olmadan, hər kəsin - o cümlədən azərbaycanlıların da qayıdışı olmalıdır. Bir də mina problemi var. Bu problem yalnız Azərbaycandadır, Ermənistanda yoxdur, çünki bütün minalar bizim ərazimizdə basdırılıb - münaqişə bizim torpaqlarımızda baş verib. Biz 1.5 milyon mina və atəşkəsdən sonra 397 mina qurbanından danışırıq; ondan əvvəl isə artıq 3 400 nəfər mina qurbanı olmuşdu. Bu günə qədər Azərbaycanda mina ilə çirklənmiş ərazilərin cəmi 17%-i təmizlənib.

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

Məşhur müğənni klip çəkilişi zamanı saxlanıldı
20:04 26.06.2025
"Avropa Parlamentinin nüfuzunu müdafiə edəcəyik"
19:49 26.06.2025
Günün ən şanslı BÜRCLƏRİ: əsl möcüzə olacaq
19:31 26.06.2025
İran AEBA ilə əməkdaşlığı dayandırır
19:16 26.06.2025
Onurğa Xəstəlikləri niyə artır?
18:50 26.06.2025
Dəclə və Fərat niyə quruyurlar?
18:16 26.06.2025
İlon Mask ofisində kompüterdən istifadə etmir?
17:59 26.06.2025
Keniyada etirazlar başladı
17:37 26.06.2025
"Tramp Türkiyəyə gəlsə, Putinin də gələcək"
17:23 26.06.2025
"ABŞ İranla müharibədə heç nə əldə etməyib"
17:09 26.06.2025
İzmirdəki meşə yanğını söndürüldü
16:53 26.06.2025
"Hörmüz boğazının bağlanması böyük bəlalara səbəb ola bilər"
16:38 26.06.2025
"Ermənistan yalnız sülhə əməl etdiyi təqdirdə təcriddən çıxa bilər" -Müsahibə
16:19 26.06.2025
Əli Xamenei İran xalqını təbrik etdi
16:02 26.06.2025
Floridada Tornado evləri "yıxdı"
15:48 26.06.2025
Etiketlə yarışıb, reklamla vuruşanlar – rəqabət qaydalarını kimlər pozub?
15:31 26.06.2025
"Azərbaycan Ordusunun NATO səviyyəsinə yüksəlməsindən qürur duyuruq"
15:06 26.06.2025
Futbolçular arasında dava düşdü
14:50 26.06.2025
"Qiyamət günü" radiostansiyası qəfil aktivləşdi
14:34 26.06.2025
Aİ liderlərinin ənənəvi görüşü başlayır
14:20 26.06.2025
“Azərbaycan ŞƏT ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir”
14:03 26.06.2025
Şimali Koreya Rusiyaya əlavə qoşun göndərə bilər
13:47 26.06.2025
"Qalatasaray" David Alabanın agenti ilə danışıqlara başladı
13:34 26.06.2025
Moskvada Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib
13:17 26.06.2025
Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümünü təbrik edib
13:02 26.06.2025
İlham Əliyev Pezeşkianı Azərbaycana dəvət etdi
12:59 26.06.2025
Milyonçular hara köçür?
12:43 26.06.2025
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
12:33 26.06.2025
FTB İrana uğursuz zərbələrlə bağlı məlumatları KİV-ə sızdıran şəxsi axtarır
12:07 26.06.2025
Azərbaycan lideri Pezeşkianı təbrik edib
11:45 26.06.2025
Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirildi
11:20 26.06.2025
BAMF Azərbaycan ordusunu təbrik etdi
10:59 26.06.2025
Çində daşqın nəticəsində altı nəfər həlak olub
10:34 26.06.2025
Hərbi Parada başlanğıc Prosesindən -FOTOLAR
10:14 26.06.2025
Azərbaycan nefti bahalaşdı
10:08 26.06.2025
İsrail ordusunun zərbələri nəticəsində Qəzzada 80 nəfər həlak olub
09:54 26.06.2025
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi
09:07 26.06.2025
Gəlin tartiximizə, mədəniyyətimizə, mədəni irsimizə məsuliyyətlə yanaşaq
09:02 26.06.2025
NATO sammiti Ukraynanın vəziyyətini yaxşılaşdırmayacaq
08:35 26.06.2025
Niderland kraliçası Trampı yamsıladı
08:12 26.06.2025
Hamısı