FIFA klublararası dünya çempionatında "İnter"in 2:0 hesabı ilə "River Pleyt"ə qalib gəldiyi matçda oyunçular arasında dava düşüb.
“EDnews” xəbər verir ki, matçın əsas vaxtına əlavə edilmiş 5-ci dəqiqədə Qonsalo Montiel qırmızı vərəqə alaraq meydandan qovulub. Lakin hadisələr bununla bitməyib. Final fitinin çalınması ilə meydanda xaos yaranıb. "River Pleyt"in oyunçusu Markos Akuna hirsini cilovlaya bilməyərək, "İnter"in futbolçusu Denzel Dumfrisin üzərinə hücum çəkib. Həmçinin tribunalardan Dumfrisə doğru yad əşyalar atılıb. Təhlükəsizlik qüvvələri hadisəyə müdaxilə etməli, Akunanın qarşısını almağa çalışıblar.
FIFA-nın hadisə ilə bağlı intizam araşdırması başladacağı gözlənilir. Xüsusilə də Akunanın davranışı və azarkeşlərin meydançaya yad əşyalar atması "River Pleyt" üçün ciddi cəzalarla nəticələnə bilər.