fiopiyanın altındakı qızğın mantiya qatından gələn ritmik impulslar milyon illər ərzində Afrikanın parçalanmasına səbəb ola bilər.
“EDnews” xəbər verir ki, "The Independent" bu barədə geoloqların yeni məlumatlarına istinadən yazıb.
Efiopiyada, Afar bölgəsinin altında yerləşən və üç tektonik rift zonasının qovuşduğu ərazidə mantiya ritmik şəkildə yer səthinə doğru qalxır. Tədqiqatçılar bu dərin impulsların gələcəkdə Afrika qitəsini parçalaya və yeni okean yarada biləcəyini bildirirlər.
"Nature Geoscience" jurnalında dərc olunan tədqiqatda qeyd olunur. Layihəyə rəhbərlik edən geoloq Emma Vatsonun sözlərinə görə, yarı ərimiş mantiya axınları ürək kimi döyünür və özünəməxsus kimyəvi xüsusiyyətlərə malikdir. Bu impulslar tektonik plitələrlə qarşılıqlı əlaqəyə girərək onları hərəkətə gətirir və Yer qabığının parçalanmasını sürətləndirir.
Araşdırmada Afrikanın altından qalxan asimmetrik mantiya sütunu ilk dəfə ətraflı şəkildə təsvir olunur. Bu sütun plitələrin hərəkəti ilə birbaşa əlaqəlidir və vulkanizm, seysmik aktivlik və gələcək qitə parçalanması proseslərinin başa düşülməsi baxımından olduqca vacibdir.
Tədqiqatın həmmüəllifi Derek Kir bildirib: "Biz göstərdik ki, dərin mantiya qalxmaları vulkanik aktivliyi qabığın ən nazik olduğu sahələrdə cəmləyə bilər".
Bu geoloji proses milyon illərlə davam edəcək. Lakin kəşf planetin formasını dəyişən əsas mexanizmləri daha yaxşı anlamağa imkan yaradır. Afrika da bir zamanlar mövcud olmuş Pangea superqitəsi kimi tədricən öz formasını dəyişir.