İranın Hayfa, Təl-Əviv və Bər-əs-Səbə şəhərlərinə endirdiyi raket zərbələri nəticəsində İsrailin hərbi sahədə mütəxəssis hazırlayan dörd əsas universitet və texnologiya institutuna ciddi ziyan dəyib.
“EDnews” xəbər verir ki, bu barədə Ben-Qurion Universitetinin rəhbəri məlumat verib.
Məlumata görə, xüsusilə İsrail Hərbi Hava Qüvvələrinin pilotlarının və müdafiə sənayesi mühəndislərinin yetişdirildiyi bu mərkəzlər hədəf alınıb. Neqevdə yerləşən Ben-Qurion Universitetinin rəhbəri bildirib ki, təkcə Vayzman İnstitutunda yerləşən 40–45 araşdırma laboratoriyası tamamilə məhv edilib, təxminən 20 laboratoriyaya isə müxtəlif dərəcədə ziyan dəyib.
O əlavə edib ki, son 20 ildə İsrailin bütün hərbi pilotları Ben-Qurion Universitetinin məzunlarıdır. Eyni zamanda, İsrailin kəşfiyyat bölmələrindəki elmi-tədqiqat rəhbərləri və Iron Dome, David’s Sling kimi müdafiə sistemlərinin inkişafı da bu universitetlərdəki elmi bazanın nəticəsidir.