Azərbaycanın mədəni irsinin müasir problemlərindən danışarkən bir sıra məqamları xüsusi qeyd etməyə ehtiyac hiss edirəm. Bu günlərdə Füzuli rayonunun Yuxarə Əbdürrəhmanlı kəndinə məxsus “Nejəfxan” qəbiristanlığında mövcud olan qədim türbənin qarşısında yerləşdirilmiş lövhədə verilmiş məlumat həmin kəndin sakinlərinin haqlı narazılığına səbəb olmuşdiur. Həmin məlumatın yerləşdirənlərin xoş niyyətinə şübhə etmədən qeyd etmək istəyirəm ki, orada buraxılmış kobud səhv insanları narahat etməyə bilməzdi. Düşünürəm ki, belə bir məlumatın yerləşdirilməsi zamanı onun yoxlanılmasına . mütəxəssislərlə razılaşdırılmasına ehtiyac vardır. Yoxlanılmamış, həqiqətə uyğun olmayan məlumatların heç bir təsdiqləyici əsası olmadan son nəticə kimi təqdim edilməsi əks effekt verə bilir. Qeyd edim ki, həmin lövhədə verilən informasiya reallığı əks etdirmir.
Əvvəla, lövhədə qəbiristanlığın məxsus olduğu kəndin adı çəkilmir, hansısa qeyri-müəyyən bir qəbiristanlığın haqqında söhbət gedir. Unutmaq olmaz ki, qəbiristanlıq tarixi və mədəni mənsubluq nöqteyi nəzərindən məxsus olduğu kəndin, obanın, tayfanın bir növ pasportu funksiyasını daşıytır. Yuxarı Əbdürrəhmanlı kəndi malik olduğu yeganə qəbiristanlığı “Nejəfxan” qəbiristanlığıdır və bu fakt heç bir şübhə doğurmur. Kəndin öz qəbiristanlığından bir qədər aralı düşməsi isə bir sıra tarixi hadisələrlə bağlıdır, orada yaşayan insanlar bu tarixi yaxşı bilir. Kənd əvvəllər qəbiristanlığın yanında yerləşmişdır. Onlardan sonra orada mövcud olmuş “Nejəfxan” bağı və kəhrizi erməni işğalı dövründə dağıdılmışdır. Kənd bu ərazidən xeyli kənara köçsə də, vəfat etmişlərini son vaxta qədər burada dəfn etmişdilər.
Qeyd olunduğu kimi, lövhədə qəbiristanlığın məxsus olduğu kəndin adı çəkilmir. Düzdür, türbə dövlət tərəfindən qeydiyyat sənədində 4213 inventar nömrəsi ilə Qarğabazar kəndi ərazisində olduğu qeyd olunur. Bunun isə səbəbi Sovet hakimiyyəti dövründə kəndlər arasında inzibati bölgüdə oranın həmin kəndin ərazisinə aid olmasıdır. Lakin bu fakt bu qəbiristanlığın Yuxarı Əbdürrəhmanlı kədinə aid olmaması anlamına gətirmir.
Mədəniyyət nazirliyinin mədəni irs siyahısında türbənin tarixi XVIII əsr göstərilir. Lövhədə isə qəribə bir tarix göstərilir – 1886-1990.
Əbdürrənmalı kəndi Qarabağda yaşayan Bayat tayfalarına məxsus nüfuzlu bir nəslin məkanıdır. Haqqında söhbət gedən türbə bu tayfanın nüfuzlu əsilzadılərindən birinə məxsusdur. Əlbəttə, bu faktların bir daha dərindən araşdırılmasına və təsdiqinə ehtiyac vardır. Lakin təxmini onan məlumatlara görə onun Əbdürrəhman bəyə məxsus olduğu güman edilir. Türbəni tikənlərin giriş qapısı üstündə onun gələcəkdə təmir edilməsi üçün müəyyən miqdarda qızıl vəsait yerləşdirməsi haqqında rəvayət vardır. Onun üzərində isə bu vəsait haqqında gizli qısa məlumat və orada dəfn olunanlar haqqında məlumat olmuşdur. Sonradan həmin yazının uçuntular nəticəsində üzə çıxdığı və buna görə də qarətə məruz qaldığı haqqında danışılırdı. Güman olunur ki gizlədilmiş xəzinənin türbənin üstündə yerləşdirilməsi onun sonradan dağıdılmasında rol oynamışdır.
Bir neçə kəlmə Türbənin adı barədə demək istərdim. Qoyulan plakatda o, “Cəlil türbəsi” kimi təqdim edilir. Aparılan axtarışlarda bu adın olmasına dəlalət edən bir mənbəyə rast gəlmədim. Çox güman ki, bu da kiminsə fantaziyasının nəticəsidir. Bu ad vikipediya səhifəsinə düşmüş, oradan da yanlışlıqlara yol açılmışdır. Özünə hörmət edən tədqiqatçı yoxlanmamış, təsdiq edilməmiş məlumatla “həqiqətin son həddi kimi” bu və ya digər abidəyə, yaşayış məkanına ad qoya bilməz. Çox təəssüflər olsun ki, bu sahədə son dövrlərdə boşluqlar müşahidə olunur. Qeyri-peşəkarlar bu və ya digər sahədə diletant fikirlər səsləndirirlər. Xüsusən belə hallar humanitar sahələrdə - tarix, mədəniyyət, ədəbiyyat sahələrində müşahidə olunur. Hesab edirəm ki, həminlövhədə faktlar dəqiqləşdirrilməli, mütəxəssislərlə məsləhətləşmələr yolu ilə təsdiq edilməlidir. Gəlin tartiximizə, mədəniyyətimizə, mədəni irsimizə məsuliyyətlə yanaşaq.