İŞİD terror təşkilatının Livandakı strukturunun lideri keçirilmiş əməliyyat zamanı saxlanılıb.
“EDnews” xəbər verir ki, Livan ordusunun həyata keçirdiyi əməliyyatda kod adı "Kasura" olan İŞİD lideri ələ keçirilib.
Əməliyyat zamanı xeyli miqdarda silah, döyüş sursatı, elektron cihazlar da aşkarlanaraq götürülüb.