Bərk və xırçıldayan qidalar maddələr mübadiləsini yaxşılaşdırır və çəki azalmasına kömək edir.
“EDnews” xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq, tibb elmləri doktoru Zuxra Pavlova özünün "Telegram" kanalında qeyd edib.
Onun sözlərinə görə, qidanın strukturu birbaşa maddələr mübadiləsinə təsir edir.
"Ən "bütöv" məhsulların (çeynəməli olanların) çeynənilməsi bağırsaqdakı xüsusi hüceyrələri aktivləşdirir - onlar həzmi, toxluq və qan şəkərinin nəzarəti ilə bağlı hormonların ifrazını tənzimləyir", - deyə o, bu sahədə son elmi tədqiqatların məlumatlarına istinad edərək bildirib.
Həkim qeyd edib ki, yemək diqqətlə çeynəmə tələb etdikdə, insanlar orta hesabla 26% daha az kalori qəbul edirlər.
Pavlova çəki azaltmaq istəyənlərə qida rasionuna daha çox mövsümi tərəvəzlər, qoz-fındıq, tam taxıllar və xırçıldayan meyvələr əlavə etməyi tövsiyə edib.