ABŞ prezidenti Donald Tramp internetdə və sosial şəbəkələrdə vaxt keçirməkdənsə, diqqətini dövlət başçısı kimi səlahiyyətlərinin icrasına yönəltməlidir.
“EDnews” xəbər verir ki, bu fikirləri Braziliya lideri Luiz İnasio Lula da Silva söyləyib.
Onun sözlərinə görə, Tramp həm də azad ticarəti inkişaf etdirmək, çoxtərəfliliyi gücləndirmək və sülhə nail olmaq haqqında daha çox düşünməlidir:
“ABŞ kimi böyük bir ölkənin prezidenti təlatümlü dünyada o, dediklərini düşünməli, internetdə daha az vaxt keçirməli, dövlət başçısı kimi səlahiyyətlərini həyata keçirməyə daha çox vaxt sərf etməlidir”.